Qonağımız haqda məlumat: Mayis Güləliyev 17 Oktyabr 1960-cı ildə Şamaxı rayonunun Məlikçobanı kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1991-ci
ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda
namizədlik dissertasiyası müdafiə edərək “fəlsəfə elmləri namizədi”
alimlik dərəcəsi almışdır. 1987-1992-ci illərdə Moskva Aviasiya İnstitutunun “Vosxod” filialında assistent və baş müəllim, 1992-1993-cü
illərdə Azərbaycan Pedaqoji İnstitutunda baş müəllim və “Azərbaycan”
Universitetində dosent vəzifələrində çalışmışdır. 1993-2000-ci illərdə müxtəlif qurumlarda ekspert kimi fəaliyyət göstərmişdir. 2001-2002-ci illərdə Bakı Biznes Universitetində dosent kimi çalışmışdır 2000- 2006-cı illərdə Vətəndaş Təşəbbüsləri Mərkəzində prezident və koordinator kimi çalışmışdır. 2003-cü
ildən “Yerli özünüidarə məsələləri” jurnalının baş redakorudur. 2003-cü
ildən fəaliyyətdə olan bu jurnalın 18 sayı dərc edilmişdir.
Vətəndaş
Təşəbbüsləri Mərkəzi tərəfindən həyata keçirilən çoxlu sayda
layihələrin koordinatoru olmuşdur. Konfliktlərin transformasiyası,
sosial marketinq, yerli özünüidarə, neft kontraktlarının təhlili,
monotorinq metodologiyasının təkmilləşdirilməsi və sair məsələlərlə
bağlı xüsusi kurslar və treninqlərin iştirakçısı olmuşdur.
Bələdiyyə
idarəçiliyinə, neft gəlirlərinin səmərəli istifadəsinə, regional
siyasətə və sair sahələrə aid çoxlu sayda məqalələrin müəllifidir.
Bələdiyyə idarəçiliyinə aid üç kitabın həmmüəllifidir. Neft gəlirlərinə aid iki kitabın həmmüəllifidir.
“Bəzi
ümumi qayğılar” (2003) və “Некоторые общие заботы” (2003), «Права
человека на линии» (2004), “Kəmər üzərində insan hüquqları” (2004) və
“Hasilat sənayesində Şəffaflıq Təşəbbüsü” (2006) kitabları Mayis
Güləliyev tərəfindən İngilis dilindən azərbaycan və rus dillərinə
tərcümə edilmiş və geniş tirajla dərc edilmşdir.
Mayis Güləliyevin 2005-ci ildə dərc edilmiş “Yaxşı idarəetmə nədir” kitabı idarəetmənin nəzəri problemlərinə həsr edilmişdir. 2007-ci
ildə dərc edilmiş “Böyük Şeytan və ya Sonun Başlanğıcı” kitabı isə
regional siyasətə və Azərbaycanın ictimai siyasi həyatında son 20 ildə
baş verən ictimai-siyasi hadisələrə həsr edilmişdir.
Mayis
Güləliyev hazırda “Qloballaşma və Cənubi Qafqazda geosiyasi
perspektivlər” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.
Poliglotdur.
Fəlsəfə,
regional siyasət, neft siyasəti, beynəlxalq maliyyə institutları,
konfliktlərin həlli, regional iteqrasiya, ekoloji problemlər və sair
məsələlərlə bağlı müxtəlif xarici ölkələrdə beynəlxalq konfranslarda
iştirak etmişdir.
Regional siyasət, sosial problemlər, regional konfliktlərin həlli ilə bağlı Azərbaycan KİV-də mütəmadi çıxışlar edir.
Bir
çox beynəlxalq təşkilatların, o cümlədən Bank watch, Bank Information
Center, One world Action, CENN, İnternational İDEA, ACİ-Yardım Fondu
(Soros Fondu) təşkilatlarının Azərbaycan üzrə eksperti olmuşdur.
Yazarlar ve makalelerin
Yayınlanan haberlerin yorumları sadece yorum sahibini bağlar. Bu konuda
rast haber merkezi'nin hiçbir sorumluluğu yoktur
rasthaber.com’da yayınlanan harici linkler ayrı bir sayfada açilir.harici linklerin içeriğinden rasthaber.com hiçbir şekilde sorumlu değildir
rasthaber.com’da yayınlanan yazı ve yorumlardan yazarları sorumludur.