Bir neçə gün öncə yayımladığımız xəbərin
ölkə gündəmini bu qədər məşğul edəcəyini heç gözləmirdim. Bizi qınayan
da oldu, dəstəkləyən də. Dəstəkləyənlərə təşəkkür edirik, qınayanlara
isə geylər özü təşəkkür edəcək.
Biri
savadsız, biri dinçi, bir başqası mentalitet davaçıları və ilaxır
dedilər. Canları sağ olsun. Əslində düz edirlər. Mümkün deyil hamı eyni
düşüncəyə malik olsun. Biriləri qeyrətsiz düşüncəyə sahib olub geyləri
müdafiə edəndə, gözləniləndir ki, biriləri də vətən, qeyrət, millət,
mənəvi dəyərləri düşünsün. Sosial şəbəkələrin 4 günlük müzakirə mövzusu
olan "geylərin gəlişi" hamını bir nəfər kimi səfərbər edib. Adi facebook
profilinə sahib vətəndaşından tutmuş hakimiyyət nümayəndəsinə kimi.
Hətta Çingiz Mustafayevin irsini davam etdirən ANS də məsələyə qarışdı.
Geylərin səfərinə qarşı çıxanları mental düşüncəli insanlar
adlandırıldı. Xalqın fikrini öyrəndilər. Hamı yekdilliklə dedi ki, "əşi
sən Allah rədd edin onları". Amma telekanal üçün müsahib qıtlığı deyil
ki, Bakı geylərindən açıqlama gəldi. Bizə toxunmayın. Vahid müəllimə də
təşəkkür edin, bizi unutmadığı üçün. Fərli-başlı yayımçılıqla məşğul
olmursunuz, heç olmaya əziz Çingizin ruhunu narahat etməyin. Əcəb
demişdi Çingiz: "Nə olub qorxursunuz, arvadsuz, hamınız arvadsuz." İndi
nə oldu da "qoluboy"ların müdafiəsinə qalxdınız. Görəsən Çingiz
Mustafayev olsaydı, onlara "vətən oğulları deyib alqışlayardımı?!.
Əlbəttə ki, yox. Haşa bunu düşünmək belə xətadır. Belə olan halda bəzi
telekanalların üzdəniraq "kişi"lərdən müdafiə etməsi adamı
təəccübləndirməyə bilməz.
Yoxsa
Qarabağa azadlıq sevdanız bura qədərmiş. Əslində "Qarabağa azadlıq",
"Döyüş anlınınıza (görəsən niyə alnımıza yox - T.H) yazılıb" bunlar
hamısı şüar çərçivəsindədir. Onda belə çıxır sabah geylər bura gələndə
deyəcəksiniz geylər bizim qürur mənbəyimizdir? Şəxsən mən bunu sizdən
gözləmirəm.
İndi
vətənşüvənlər, mentalitet düşmənləri deyəcəklər ki, yenə başladılar.
Vallah bilmirəm nə deyəm, doğurdan bu qədər alçalmışıq? Hələ də fərqində
deyilik ki, bu tədbirlərin burada keçirilməyi ilə bizə kimliyimizi
unutdurmaq istəyirlər? Bundan artığını gözləməyin. Analoqsuz siyasətin
nəticəsi belə olacaq da. Geyləri burda görmək istəyənlər
təmsilçilərimizi də Almaniyada qalib etdilər. Mitinqlərdə gənclərə "boks
dərsi" keçən gənc Avroviziyada qalib gələndə görmədinizmi nə
hoqqalardan çıxdı. Bardan çıxardıqları çarəsiz qızları soyundurub
küçələrdə gəzdirdiklərini unutmayın. Bu geylərə müjdə nişanəsi idi.
Bəli, bizim Qarabağ boyda dərdimiz yoxdur. Bizim Xocalıda qaynar qazanda
qaynayan ana-bacılarımız da yoxdur. Çünki o başqa, bu başqa. Bizim
qapımız hamıya açıqdır. Elə o açıq qapıdan içəri girənlər bizə
dərdlərimizi unutdurur.
Cəmiyyətimizi
parçalayıblar onsuz da. Bu məsələdə də bir az parçalayacaqlar. Mən də
istəyirəm ateist, xristian, dinsiz, dindar, müxalifətçi olmasından asılı
olmayaraq bütün qruplardan olan gənc dostlarımla fikirlərimi bölüşəm.
Amma malasəf imkan vermirlər. Gündə bir mövzu atırlar ortaya və bizi
bir-birimizə qırdırırlar. Qazanan isə bizə zülm edənlərdir.
Hakimiyyətin
təzyiqi ilə Bakının adının onların parad siyahısından çıxarılmasına
aldanmayın. Bizim Avroviziyada qalib olmağımız gey paradın burda
keçirilməsinə bağlı idi. Sadəcə məsələnin cəmiyyətə bu qədər tez
açıqlanacağını heç kimi düşünmürdü.
Gey
paradda iştirak etmək istəyənlərə isə tövsiyəm var: bədxərclik etməyin.
Pulunuzu toplayın. Parada uyğun paltarlar almaq lazımdır. Ailə üzvü çox
olanlara faizsiz kredit də verəcəklər. Nə edək ki, həqiqət bir az acı
olur. Məqsədlər üçün gərək əziyyətlərə qatlaşasan.
Qeyrəti cuşa gəlib, başından tüstü çıxanlar isə özləri yaxşı bilirlər nə edəcəklərini.
Ümid
edirəm xalqın daim keşiyində "dayanan" iqtidarımız heç olmasa bu dəfə
xalqın istəyi ilə bəzi ölkələrdə, elə qonşumuz Rusiyada olduğu kimi
bütün qapıları üzdəniraqların üzünə bağlayacaq.
Yazarlar ve makalelerin
Yayınlanan haberlerin yorumları sadece yorum sahibini bağlar. Bu konuda
rast haber merkezi'nin hiçbir sorumluluğu yoktur
rasthaber.com’da yayınlanan harici linkler ayrı bir sayfada açilir.harici linklerin içeriğinden rasthaber.com hiçbir şekilde sorumlu değildir
rasthaber.com’da yayınlanan yazı ve yorumlardan yazarları sorumludur.