“...Deyirlər xaricdə bir əjdaha peyda olub. Özü də suda
yaşayır və hər kəsi yeyir. Axı, o əjdahadan xaricdə varsa bizdə niyə
olmasın?...”
Yəqin xatırladınız. Bu sitat “Bəyin oğurlanması” filmindən məşhur kəlamdır.
“Qonşudan qalma dala” prinisipini əsas götürərək tərəqqi, yenilik adı altında hər
keyfiyyəti əldə etməyə çalışanların bariz nümunəsidir bu obraz. Fərq etməz, bu
keyfiyyət yaxşı olsun, ya da pis, xeyrimizə olsun, ya ziyanımıza. Milli
mentalitetimizə, dini dəyərlərimizə zidd olsa belə problem deyil. Əsas odur ki,
“importnı” olsun, xaricdən gəlsin.
2012-ci il may ayında Bakıda “Eurovision-2012” keçiriləcək. Azərbaycan
var gücü ilə bu müsabiqədə iştirak edəcək qonaqları ən yüksək səviyyədə qəbul
etmək üçün çalışır. 2009-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” seçilmiş Bakı
3 il sonra homoseksualları qarşılamağa hazırlaşır. Bəli, əhalisinin 97% müsəlman
olan Azərbaycanda “gey-parad” keçiriləcək. Iyirmi min Gey doğma Bakımızın mərkəzi
meydanlarında, qız-gəlinlərimizin, övladlarımızın gözü önündən keçərək “qürur
günü”nü qeyd edəcəklər. Və beləliklə də, dünya ictimaiyyətinin diqqətini
homoseksualların “hüquqlarının müdafiəsinə” yönəldəcəklər. Bir vaxtlar
suverenliyimiz, müstəqilliyimiz uğrunda canlarını belə fəda etməkdən çəkinməyən,
əliyalın Sovet tankları qarşısında sipər olan qeyrətli oğulların keçdiyi küçələrdə,
şəhidlərimizin qanlarının axdığı meydanlarda indi homoseksuallar parad keçirərək
“hüquqlarını müdafiə edəcəklər”.
“Eurovision-2011”-in qalibi Eldar Qasımovun jurnalistlərin homoseksualların Azərbaycana
gəlişinin necə qarşılanacağı barəsindəki suallara cavabını xatırlatmaq yerinə
düşərdi: “Azərbaycan tolerant ölkə olduğunu, ənənələrə sadiq qalsa da hər kəsə,
hamıya tolerant münasibət göstərəcəyini bildirir”.
Bəli, Azərbaycan 20% torpağı işğal, 1 milyondan çox məcburi köçkünü olsa da,
müsafirlərini ən yüksək səviyyədə qarşılamağa qadir olan qonaqpərvər bir ölkədir.
Milli-mənəvi dəyərlərini tapdayan, adət-ənənələrini ayaqlar altına salan
“qonaqlara” belə, “Bu torpaqda, bu millətin qeyrətinə, namusuna zidd olan hərəkətlər
edilməz” deyə bilməyəcək qədər ürəyiyumşaqdır. Öz doğma övladlarının bir ildən
çox dini inancına uyğun yaşamaq istəyi, başörtüsü ilə məktəbə buraxılmamasına
baxmayaraq, dünyada “vicdan azadlığı” pozulan, dünya ictimaiyyəti tərəfindən
“haqqı tapdanan” homoseksualları təsəlli edəcək qədər tolerant bir ölkədir. Bəli,
Azərbaycan vətəndaşının işsizlik, aclıq, məişət problemlərini bir kənara
qoyaraq “Eurovision-2012” üçün 200 milyondan çox pul xərcləyəcək qədər səxavətlidir.
Təhsili, mədəniyyəti korrupsiya bataqlığında can verən bu ölkə “Eurovision”
kimi mahnı müsabiqələrinə ev sahibliyi edəcək səviyyədə tərəqqipərvərdir.
Azərbaycan hökuməti may ayında ziyalısından tutmuş sadə vətəndaşına kimi xalqın
bütün kəsimlərinin bu üzdəniraqların ölkəyə gəlişinə etiraz etməsinə məhəl
qoymayaraq “axı o əjdahadan niyə bizdə olmasın” prinsipi ilə “Eurovision-2012”
keçirəcək. Allah axırımızı xeyir etsin!
Yazarlar ve makalelerin
Yayınlanan haberlerin yorumları sadece yorum sahibini bağlar. Bu konuda
rast haber merkezi'nin hiçbir sorumluluğu yoktur
rasthaber.com’da yayınlanan harici linkler ayrı bir sayfada açilir.harici linklerin içeriğinden rasthaber.com hiçbir şekilde sorumlu değildir
rasthaber.com’da yayınlanan yazı ve yorumlardan yazarları sorumludur.