Yeni ilə köhnə dərdlə
getmək olmur ayıq başla.
Deyirlər ki, Allah keçər
boğazını bir az yaşla.
Bir Allahın dünyasına,
yurdun suyu, havasına
divar çəkən əyyaşlara
ayıq başla dözən kimdi? –
Bu dərdləri unutmağa
bir əngəl var, o da Dindi!
Bu qış ayıq başlıları
sevindirən bir iş varsa
Bağı yanmış Qarabağın
qar altında qalmasıdı.
Təsəllimiz 22 müsəlmanın
sərxoş başçı, hakimlərdən
beş-on il iş almasıdı.
Bu zamanda ey zindanda
köhnə ili ötürənlər,
məsciddən yan, mələkləri
kameraya gətirənlər,
Qəza olub saat yatıb,
namazımız qəza olub,
Bu yeni il ayıqlara
ağrı olub, əza olub.
Xoş halına onların ki
adı məhbus, özü azad.
Vay halına adı azad
özü məhbus keflilərin,
Yeni ildə, namus əldə
rəqqasəli, dəflilərin...
Yazarlar ve makalelerin
Yayınlanan haberlerin yorumları sadece yorum sahibini bağlar. Bu konuda
rast haber merkezi'nin hiçbir sorumluluğu yoktur
rasthaber.com’da yayınlanan harici linkler ayrı bir sayfada açilir.harici linklerin içeriğinden rasthaber.com hiçbir şekilde sorumlu değildir
rasthaber.com’da yayınlanan yazı ve yorumlardan yazarları sorumludur.