Tərtəmiz,
gözəl üslubla tikilmiş bir imarətin qabağında durmuşam. Zövqlə tikilmiş
divarlarına, həyətdəki güllərə, tər-təmiz pilləkənlərə diqqət edirəm.
Güllərin xoş ətri və həzin xışıltısı az qala ağlımı əlimdən ala...
Bura insan hüququna hörmət qoyulan, azad, humanist müasir dünyadır...
Bizə
həmişə deyiblər ki, qərb- yəni, pənahsızların pənahı, insan
hüquqlarının yüksək səviyyədə qorunduğu yer, dərdlərimizin dərmanı...
Ehtiyatla
qapını açıb, ehtiramla içəri keçirəm. Qapının ağzında sərilmiş
gözoxşayan xalçaya ayaq belə basmağa çəkinirəm. Divarın dibi ilə keçib,
mənə lazım olan ünvanı tapıb, qapını döyürəm. İcazə alıb, içəri girirəm.
Həyəcan məni bürüyüb. Çətinliklərimin çözüləcəyini gözləyirəm.
Qorxa-qorxa, ehtiramla başımı qaldırıb, qabağımdakı varlığa
baxıram.Tər-təmiz qırxılmış əzəmətl, heybətli,eyni zamanda mehriban
üzünə baxıram.
Məni
görən kimi insan hüquqları haqqında uzun-uzadı mühazirə oxuyur. Düzü,
nə dediyini o qədər də başa düşmürəm, deyəsən heç özü də nə dediyini
başa düşmür. Buna baxmayaraq, cıqqırığımı belə çıxarmayıb dediklərinin
hamısını əzbərləməyə çalışıram. Bax, geri qayıdanda qabağıma qaçıb,
görəsən, Avropadan nə əxz edib, nə gətirib, deyəndə bunları onlara
söyləyəcəyəm. Qoy, məni çox savadlı, ağıllı görüb, bağırları paxıllıqdan
çatlasın. Nə isə, kişi danışdıqca ləzzət alıram, keyf çəkirəm. Ağlamaq
məni tutur. Bax, indi hamısını deyəcəyəm. Qarabağ dərdi, uşaq
xəstəlikləri, məmurların haqsız incitmələri, söz azadlığının olmaması,
hətta Qüds dərdi... hamısını deyəcəyəm. Atalarını yandıracaq. Haqqımızı
onların boğazından dartıb, çıxaracaq, qaytaracaq bizə.
Sözə başlayıram:
-Mən azərbaycanlıyam...
-Ooo... bəli, bəli. Neft, neft, kürü. –deyə yağlı dodaqlarını mırçıldadır.
Ürəyim lap açılır.
-Bəli,-deyirəm,-neftimiz də var, sərvətimiz də var, amma işimiz yoxdur işləyək.
Dedi:
-Müasir
bazar iqtisadiyyatı bunu tələb edir. Bir də, iş nəyinizə lazım? Sizdə
qızıl hərflərlə yazılası gözəl kəlmə var: “Aclıq olsun, keyf olsun”
Kişinin
möhkəm və məntiqi cavabı məni duruxdurdu. Səhərdən-axşama kimi
televiziyamızda Evrovision çal-çağırı yadıma düşdü, gördüm qızıl kimi
söz danışır.
-Qarabağ...
Tez sözümü kəsdi:
-Həll
edərik! Hmmm... bir az xərci var. Yəni, Qarabağı sizə verərik, əvəzində
gərək hər şeyinizi bizə verəsiniz. Yəni- namusunuzu, mənliyinizi,
şərəfinizi!
-Polis bizi incidib, cavanlarımızdan döyülənləri və şərlənib həbs edilənləri də var.
İnsafən, kişi hirsindən qızardı, bozardı.
-Necə cürət ediblər? Döyülənlər kimlər olub?
-Hicabı müdafiə edənlər.
Birdən gülmək onu tutdu, dedi:
-Məzən olsun, mən də elə bildim insan hüquqları pozulub. Yəni, homoseksualistlər yürüş keçirib, məscidin pəncərələrini qıranda, yoldan keçən avam camaata hücum edəndə döyülüblər.
Savadsızlığımdan, cahilliyimdən, avamlığımdan lap utandım. Tez mövzunu dəyişdim:
-Cənab, bizdə müxtəlif xəstəliklər baş alıb, gedir. Dərdimizə çarə edən də yoxdur.
-Neçə faiz sizdə xəstədir?
-Təxminən, qırx faiz.
Təəccüblə fikrə getdi.
-Təcili olaraq mütəxəssisləri sizə göndərərik. Təyin etsinlər, yerdə qalan altmış faiz niyə hələ xəstələnməyib, ölməyib?
Sonra fikirli-fikirli əlavə etdi: “gör, nə qədər mayamız batır.”
-Sonsuzluq artır, ailələr dağılır...
-İnkişafın göstəricisidir.
-Qumarxanalar, şərabxanalar...
-Mədəniyyətin əlamətidir.
-Hicab qadağası qoymaqla qız uşaqlarımızı təhsildən məhrum ediblər.
-Canım,
təhsil nəyinizə gərək. Hansı mütəxəssisə, hansı texnikaya ehtiyacınız
olsa biz sizə sata bilərik. Özü də, axı hicab bağlayanlar hicab
bağlamayanların hüququna zərbə vururlar.
-Amma çılpaq qadınların iştirakı ilə şouları istəmədiyimiz halda bizə sırıyırlar.
Əlini ürəyinin üstünə qoyaraq, gözlərini məchul bir nöqtəyə zilləyib dedi:
-Ahhh!
Bəli, qadınları azadlıq adı altında istədiyimiz kimi geyindirmək,
analıq hissindən onları məhrum edib öz şou-biznesimizdə qul kimi
işlətmək bizim Qərb demokratiyasının Azərbaycanda ən böyük
nailiyyətidir.
-Qəzet-jurnallarda bizim inanclarımıza lağ edirlər!
Mehriban-mehriban gülümsəyib dedi:
-Söz azadlığını məhdudlaşdırmaq olmaz! Biz azad dünyada yaşayırıq.
Dedim:
-Biz
şübhələrə cavab vermək istəyirik. Nə bilim, satanistləri, sionistləri,
masonları, Yehova şahidləri... daha kimləri cəmiyyətə tanıtdırmaq
istəyirik.
Gözləri bərəldi, boyun damarları şişdi, ağzı köpükləndi:
-Necə
cürət edirsiniz!!! Başqalarının inanclarına hörmət qoyun! Radikal
islamçılar! Antisemitlər! Bir az tolerantlıq xərcə verin!
Nə başınızı ağrıdım. Hardan dedim, ordan məni “nokauta” saldı. Dedim, bir az da Fələstindən danışım. Dedim:
-Bəs, Fələstin?
-Biz
onların hamısını təslim olmağa çağırırıq! Sən təsəvvür edirsən, bir
sionist qışın oğlan çağında köçüb, Fələstinə gəlib, qucağında da bir it.
İki fələstinlini, bir qoca arvadla kişisinin əlindən-ayağından tutub,
çölə çıxarırlar ki, hörmətli və mədəni qonaqları orada yerləşdirsinlər.
Bu terrorçular, radikal islamçılar elə əl-ayaq atırlar, lap dəli kimi.
Yazıq it də soyuqdan yapışıb sahibinə. Bunlar qanmırlar ki, heyvanların hüququ var, onları soyuqda qoymaq olmaz ki.
-Qəzzədə illərdir ki, milyon yarım əhali mühasirədədir.
Dedi:
-Hamısı
terrorçudur!!! Gör nə deyirəm. Qəzzədə sülhü təmin etmək məqsədilə
İsrailin keçirdiyi dostluq yürüşündə özünü gülləyə vurmuş bir terrorçu
göstərirdilər. Dörd, yaxud beş yaşı olardı, amma yaman çoxbilmiş idi.
Guya bu ölür, əlini-ayağını elə əsdirir, yerə sürtür, elə inildəyir ki,
qoy, elə bilsinlər bunlar da ağrı hiss edir.
-Sizin şübhəsiz Qəzzəyə gedən “Mərmərə” humanitar yardım gəmisində baş verən hadisələrdən xəbəriniz var?
-Bu
məsələ bizi çox narahat edir. Bu vəhşiliyi ən sərt şəkildə məhkum
edirik. Buna nə ad vermək olar, biz iyirmi birinci əsrdə yaşayırıq! Sən
bunlara bax. İsrail kimi demokratik bir dövlətin əsgərləri
helikopterlərdən insanpərvər və mədəni şəkildə onlara atəş açdığı zaman
bu vəhşilər şillə-təpiklə və hətta boş plastik su butulkaları kimi
xətərli silahlarla hücuma keçərək, yeddi İsrail əsgərini yaralayıblar.
Onlardan dördü koma vəziyyətindədir. Dünya ictimaiyyəti bu vəhşiliyə
dözməməlidir!
-Bu 120% təxribat...
Sözümü kəsdi:
-Bisavad. 120%?! Bu nə deməkdir?!
-Üzr istəyirəm. Mən bir sionistin sözünü demək istədim. O, demişdir ki, bu 120% təxribat olmuşdur.
Kişinin rəngi qaçdı, lap meyidə döndü, dili topuq çaldı.
-Nəəə?!
Hə... Yox... bəli... 120%? Bəli. Bu 120%-də çox dərin məna və fəlsəfə
var. Bu haqda mütləq elmi-tədqiqat işləri yazılmalıdır. Mütləq belə
dərin mənalı söz deyənə Nobel mükafatı verəcəyik!
Birdən-birə
ürəyim bulanır. Mən yuxu görürəm-nədir? Əlimi gözümə atıram. Yox, bu
yuxu deyil, həqiqətdir, amma gözümdə eynək var imiş. Sadəlöhvlük, qəflət
eynəyi! Eynəyi gözümdən çıxarmaq istəyirəm. Həmsöhbətim məsələni başa
düşüb, tez qışqırıb-böyürməyə başlayır:
-Dəymə!
Dəymə! Bax, dəysən, müharibə edərəm! İqtisadi blokadaya salaram! Atom
bombası ilə zərbə vuraram! Adını antisemit, avam, radikal, geridəqalmış,
terrorçu qoyaram! Bir işarəm ilə evindən silah, cibindən narkotik
çıxardarlar!
Bir
an duruxdum. Birdən, yadıma Kərbəla düşdü. Qətiyyətlə eynəyi çıxarıb,
üstünə atıram. Baxıb, görürəm bayaqdan mənlə söhbət edən peyinqurdu
imiş, quyruğu üstə qalxıb, ciyildəyir: “radikal islamçı, terrorçu, antisemit...” Ürəyim
bulanır, tez çölə qaçıram. Qapının ağzına çatanda görürəm ki,bayaq ayaq
basmağa belə qorxduğum gözoxşayan xalça inkişaf adı ilə yadların
ayaqları altına atılan Azərbaycan qızının namusudur. Binadan çıxıb,
divarlarına baxıram. Sən demə, bu ev deyilmiş, bütxana imiş. Həyətdəki
gülləri axtarıram, bunlar günahsız öldürülmüş körpələrin qanına bulaşmış
insan sümükləri imiş, bayaq qulağıma dəyən xoş xışıltılar isə aldanaraq
bu bütlərə qurban olanların nalə və fəryadları! Hanı bəs, məni bihuş
edən xoş ətir? İlahi,bu ki, düşmənlərimizin mədəniyyət adı ilə qusub
bizə sırıdıqları əxlaqsızlığın iyrənc qoxusudur!
Hara
gedim, özü də bilmirəm. Birdən yadıma düşür ki, mənim evim var! İSLAM
EVİ! Tələm-tələsik evimə tərəf qaçıram.Evə çatanda görurəm ki,
divarlarını bütpərəstlər söküb, daşıyırlar. Hara apardıqlarını bilmək
istəyirəm. Görürəm, bütxananın divarına hörürlər, həyətinə döşəyirlər.
Bir dəstə liberal, demokrat, qərbpərəst, “sivil dünya, “inkişaf”
tərəfdarları”- bir sözlə, hər cür parazit zəlilanə bu bütün qabağında
səcdəyə düşüblər. Gördüm, bunlar bacı və qardaşlarının boynuna hiylə
kəndiri atıb, bütün qabağındakı qurbangaha tərəf sürüyürlər. Kəndirlər
rəngarəng iplərdən hörülmüşdü. Bu iplərdən birinin adı “azadlıq”, biri
“qadın hüququ”, digəri “inkişaf” və s. idi. Qurbanlara baxdım. Gördüm,
yarıçılpaq qadınları, əlində içki şüşəsi tutmuş kişiləri çalıb
oynada-oynada “Evrovizion” hay-küyü altında böyük bütün qarşısında
qurban kəsilməkdən ötrü sürüyə-sürüyə gətirirlər...
Tez evimə çatıb, özümü içəri atıram.