Bu gün Azərbaycanın �mövcud
olmayan və heç vaxt yazılmayan� Neft strategiyası ilə fəxr edən �ekspertlər�
məgər bu reallığı dərk etmirlər?
"Soyuq müharibənin sonunda və iqtisadi böhranın yüksək olduğu vaxtlarda mən
Rusiyanın bir neçə şəhərinə və kənd ərazilərinə səfər etdim. BVF-nun
maliyyələşdirdiyi islahatlar keçmiş Şərq bloku ölkələrini məhv edən yeni
mərhələyə daxil olmuşdu. 1992-ci ildən başlayaraq keçmiş Sovet İttifaqının
Baltik ölkələrindən tutmuş Şərqi Sibirə qədər geniş ərazisi dəhşətli dərəcədə
yoxsulluğa düçar edilmişdir." (Michel Çossudovski)
Əksər ekspertlər və siyasilər düşünürdülər ki, 2007-ci ilin əvvəllərində
Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artması cəmiyyətdə sosial
gərginlik yaradacaq. Müxalifət düşərgəsində buna ümid edib öz siyasi planlarını
korrektə etməyə çalışanlar da az deyildi. Kimi bunu hökumətin səhv addımı, kimi
Tarif Şurasının xəyanəti və gizli əməli, kimi hökumətin vacib və �xariqələr
yaradan� addımı kimi qiymətləndirdilər.
İlk baxışda müxalifət və
iqtidar kimi əks siyasi düşərgəyə məxsus olan, lakin əslində bir düşərgədə
sosial cəhətdən zəif təbəqəyə �qənim kəsilmiş� və televiziya ekranından əskik
olmayan sağ millətçi və iqtidar partiyası tərəfdarları, həmçinin özünü
�bitərəf� adlandıraraq hər iki tərəflə siyasi alver edən �ömürlük iqtisadi
ekspertlər�, həmişəki kimi vətəndaşlara yalan söyləməkdən çəkinmədilər. Bu
məsələ ilə bağlı siyasi tədqiqatı kimi mən də öz mövqeyimi, həm sağların, həm
də iqtidar partiyası tərəfdarlarının mövqeyindən kəskin fərqlənən, hətta
ziddiyyət təşkil edən mövqeyimi açıqladım .
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Azərbaycanda son qiymət artımı məhz
2007-ci ildə, yəni Beynəlxalq Maliyyə İnstitutlarının (BMİ) Azərbaycandakı
fəaliyyətinin on ili tamam olanda baş verdi. Bu beynəlxalq qurumlar
Azərbaycanda yoxsulluğun aradan qaldırılmasında, demokratik idarəçiliyin
qurulmasında və qeyri-neft sektorunun inkişaf etdirilməsində Azərbaycan
hökumətinə kömək etməyi öhdəsinə götürmüşdür. Təəssüf ki, Azərbaycan
iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun son 10 ildə zəifləməsində,
inflyasiya və qiymət artımının baş verməsində BMİ-nın məsuliyyəti ictimai
müzakirələrdən kənarda qaldı.
Qeyd edək ki, Beynəlxalq
Maliyyə Korporasiyasının (BMK) və Avropa Yenidənqurma və İnkişaf Bankının
(AYİB) layihə maliyyələşmələri əsasən neft və qaz sektoruna, müvafiq olaraq 93
və 66 faiz həcmində, cəmlənmişdir .
Dünya Bankı, BMK və AYİB Beynəlxalq Maliyyə İnstitutlarının ümumi
kreditinin 57 faizi neft və qaz sektoruna yönəlmişdir. Beləliklə, bu göstərir
ki, Azərbaycana kredit verən üç çox mühüm BMİ-nın kredit əməliyyatları
Azərbaycanın neft sektorundan asılılığının artmasına dəstək verir.
Azərbaycan KİV-də BMİ-nın, o cümlədən Dünya Bankının və BVF-nun guya �sərvət
bəlasının� qarşısını almağa və Azərbaycan iqtisadiyyatının dayanıqlı olmayan
neft gəlirlərindən qorumasına, gözlənilmədən gələn böyük miqdarda sərvətin
gələcək nəsillərə saxlanılmasını təmin etməyə və neft gəlirlərinin idarə
edilməsinin şəffaflığını artırılmasına cəhd etdikləri təbliğ edilir. Guya
1999-cu ildə BMİ-nın dəstəyi ilə yaradılmış Dövlət Neft Fondu (ARDNF) bu
problemlərin aradan qaldırılmasına yardım edəcəkdir. Lakin ARDNF-nun fəaliyyətə
başladığı dövrdən indiyə qədər nəinki bu problemlər azalmamış, əksinə daha da
ciddiləşmişdir. Lakin ARDNF daxil olan gəlirlərin BMİ tərəfindən daha yaxşı
nəzarətdə saxlanması və ondan istifadə imkanları daha da asanlaşmışdır. BMİ-nın
dəstəyi ilə fəaliyyətə başlayan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (HSŞT) deyilən
və şəffaflıq imitasiyası yaratmağı nəzərdə tutan təşəbbüs də əslində ABŞ-ın
�ideoloji işğal piramidasının� nəzərdə tutduğu fəaliyyəti, yəni �müştəri
ölkəsinə� çevrilmiş Azərbaycanın daxili stabilliyinin təmin edilməsini nəzərdə
tutur.
BMİ Azərbaycanda �iqtisadi müxtəlifliyin genişlənməsi üçün vacib olan şəraitin
yaradılması� adı ilə bir neçə təşəbbüs və layihələri, o cümlədən, Neft Fondunun
yaradılmasını, antikorrupsiya qanununun hazırlanmasını, kiçik və orta
sahibkarlığın maliyyələşməsini həyata keçirmiş, bank islahatlarını və kənd
təsərrüfatına yardımları dəstəkləmişdir. Lakin BMİ-nın bu fəaliyyəti
Azərbaycanda zəif və qeyri-stabil iqtisadiyyatın, Qərb kapitalından asılı olan
neft sənayesinin yaradılmasına, qeyri-neft sektorunun zəifləməsinə, korrupsiyanın
daha da güclənməsinə, kiçik və orta sahibkarlığın, həmçinin bank fəaliyyətinin
hakimiyyətə yaxın olan qrupların əlində cəmləşməsinə, kənd təsərrüfatının
dağılmasına səbəb olmuşdur.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatına, xüsusilə neft
sənayesi sahələrinə xarici şirkətlərin maraq göstərməsi hər şeydən əvvəl
qoyulan investisiyaların nisbətən qısa müddətdə və kifayət qədər mənfəətlə
qaytarılmasının mümkünlüyü ilə əlaqədardır. Əlbəttə belə investisiyaların
qoyulmasının siyasi səbəblərini də unutmaq olmaz. Bəzən belə yanlış fikirlər də
irəli sürülür ki, Azərbaycanın özü zəngin neft yataqlarını istismar etmək
gücündə deyildir. Əlbəttə. Azərbaycan iqtisadiyyatı təkbaşına böyük həcmdə neft
(məsələn ildə 50 milyon ton) və ya qaz hasil edərək dünya bazarına geniş
tutumlu boru kəməri (məsələn BTC kimi) vasitəsilə çıxara bilməzdi. Lakin bu
hasilatı məhz bu həcmdə həyata keçirmək nə dərəcədə Azərbaycan iqtisadiyyatına
vacib idi?
Doğrudanmı hasilatın və həmçinin ixracatın belə həcmdə olmasının mümkün
təsirləri ölkə iqtisadçıları tərəfindən tədqiq edilmiş və onun vacibliyi elmi
əsaslandırılmışdır?
Əlbəttə köhnə texnoloji imkanlara malik olan Azərbaycan neft sənayesinin
müasirləşdirilməsinə və bununla da məhsuldarlığın yüksəldilməsinə ciddi ehtiyac
vardır. Azərbaycan dövləti ilə Neft Konsorsiumu arasında Hasilatın Pay bölgüsü
sazişinin təhlili bunu deməyə əsas verir ki, əslində belə sazişlər milli
sərvətlərin özəlləşməsidir və milli neft sənayesinin gələcəkdə inkişaf
perspektivlərini xeyli məhdudlaşdırır. Məhz bu məqamı nəzərə alaraq təəssüflə
qeyd etmək lazımdır ki, Azərbaycan ictimaiyyətində, xüsusilə regionlarda neft
kontraktlarının mahiyyəti ilə bağlı təsəvvürlər çox məhduddur.
2005-ci il Milli Məclisə namizədliyi qeyd edilən namizədlərin demək olar ki,
heç biri imzalanmış Neft Kontraktlarının Azərbaycan iqtisadiyyatı üçün ciddi
mənfi təsirləri haqqında fikir söyləməmişlər. Bu heç də təsadüfi deyildir. Ona
görə ki, neft kontraktlarının əsas tərəfləri olan BP, StatOil, Total və digər
neft şirkətləri və onların ölkələri nəzərdə tutulmuş neft hasilatını və
ixracatını müvəffəqiyyətlə həyata keçirmək üçün Azərbaycanın siyasi həyatına
ciddi müdaxilə edirlər. Odur ki, həm müxalifət və iqtidar partiyaları, həm də
müstəqil namizəd kimi namizədliyi qeyd edilən şəxslər özlərinə bu şirkətlər
tərəfindən hər hansı bir problemin olmağını istəmirlər. Əlbəttə, qəbul etmək
lazımdır ki, dünyada iqtisadi rəqabət elə parametrlərə uyğun aparılır ki,
Azərbaycanda əsrin müqaviləsinin iştirakçıları da gələcək gəlirlərin yalnız
yetərincə yüksək səviyyəsini təmin edən strategiyaya əsaslanaraq öz siyasətini
qura bilərdilər. Bu təbiidir! Lakin eyni arzuda Azərbaycan cəmiyyəti, xüsusilə
onun aparıcı sosial qrupları və siyasi partiyaları da, hökumət nümayəndələri və
ziyalılar da ola bilərdilər!
Əlbəttə, yetərincə yüksək və təhlükəsiz mənfəət əldə etməklə Azərbaycan neft
hasilatına investisiya qoymaq strategiyasına əsaslanan şirkətlər gələcəkdə də
təkcə dünya neft bazarında qiymət konyunkturasını nəzərə almaqla
kifayətlənməyəcək və onu müəyyənləşdirən amillərə açıq və ya gizli təsir
etməkdə davam edəcəklər. Bu gün Azərbaycanda fəaliyyət göstərən neft
şirkətlərinin icmalara təsirini əsasən iki qrupa bölmək olar: dolayısı ilə və
birbaşa olan təsirlər. Dolayısı ilə olan təsirlər Azərbaycanın iqtisadi,
siyasi, sosial, demoqrafik və sair sahələrinə olan təsirlərin tərkib
hissəsidir. İcmalarda yaşayan və fəaliyyət göstərən hər bir Azərbaycan
vətəndaşı belə təsirləri hər an hiss edir və yaşayır. Azərbaycanın neft
hasilatı artdıqca və bu sənaye sahəsində çalışanların iqtisadi vəziyyəti digər
sahələrdə çalışanların vəziyyətindən kəskin fərqləndiyinə görə qeyri-neft
sektorunda olan ixtisaslı mütəxəssislərin neft sektoruna axını baş verir.
İxtisaslı kadrların çatışmaması səbəbindən qeyri-neft sektorunda təşəbbüslərin
zəifləməsi baş verir. Dünya neft bazarında neftin qiymətinin artması və
Azərbaycanın idxal mallarının qiymət artımına səbəb olur. İcmalarda yaşayan
əhalinin məhz istehlakçısı olduğu malların qiymətinin kəskin artması ümumi
həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Neftdən gələn gəlirlərin artması və dövlət büdcəsinin əsas hissəsinin məhz neft
gəlirlərindən asılılığı Milli valyutanın haqq qazandırılmayan möhkəmlənməsinə
və idxalın artımına, kənd təsərrüfatı məhsullarının ixracının azalmasına səbəb
olur. Bu isə qeyri-neft sektorunun, əsasən də kənd təsərrüfatının zəifləməsinə
və stimullaşdırılmamasına gətirib çıxarır. Əsasən kənd təsərrüfatı ilə məşğul
olan və öz kiçik təsərrüfatından gələn gəlirlərlə dolanan icma üzvü qalxan qiymətlər
qarşısında tab gətirə bilməyərək ya icmanı tək etməyə, ya da mövcud vəziyyətlə
razılaşmağa məcbur olur. Transmilli Neft şirkətləri yüksək gəlirlərini təmin
etmək və fəaliyyətlərini təhlükəsiz davam etdirmək naminə ölkənin siyasi
həyatına təsir göstərməklə, dolayısı ilə �pis idarəetmənin�
stimullaşdırılmasını, demokratiyanın məhdudlaşdırılmasını və korrupsiyanın
genişlənməsini dəstəkləmiş olurlar. Belə vəziyyət fəaliyyəti yerli problemlərin
həllinə yönələn yerli özünüidarə qurumlarının inkişafını zəiflədir və
demokratik institutlara olan inamı azaldır. Son illər demokratik institutlara
olan inamın icmalarda kəskin azalması 2004-cü ilin bələdiyyə seçkilərində bir
daha təsdiq edildi. İcma üzvlərinin seçkilərdə iştirakının çox aşağı səviyyədə
olması yerli demokratiyaya olan inamsızlıqdan xəbər verirdi.
Azərbaycan ərazisində Neft sənayesindən icmalara olan birbaşa təsirlər isə
əsasən BTC boru kəməri ilə bağlıdır.
Kəmərin tikintisi zamanı insan hüquqlarına, sosial sahəyə, ətraf mühitə və
iqtisadi vəziyyətə və sair sahələrə mənfi təsirlərlə yanaşı, BTC şirkəti
tərəfindən regionlarda həyata keçirilən sosial investisiya proqramlarının da
müəyyən təsirləri vardır. Əlbəttə bu investisiyalar icmaların rastlaşdığı
sosial problemlərin hamısını həll etmək iqtidarında deyil. Bu kəmərin çəkilişi
zamanı icma əhalisinin hüquqlarının pozulması faktları haqqında həm Azərbaycan,
həm də xarici mətbuatda geniş məlumatlar verilmişdir. İnsan hüquqlarının
pozulması faktları təkcə torpaq mülkiyyətinə olan hüquqlarla bağlı deyil, həmçinin
boru kəmərinin təhlükəsizliyini əsas məqsəd kimi qoymuş tədbirlərlə bağlıdır.
Azərbaycan Respublikası Milli Məclisinin ən yüksək tribunalarından belə
qurumların vergi və digər ödəmələrdən boyun qaçırması artıq rəsmilər tərəfindən
də etiraf edilir. Təkcə Bakının əyləncə və istirahət infrastruktur
obyektlərində orta illik vergidən boyun qaçırmanın miqdarı 200 milyon ABŞ
dolları səviyyəsində qiymətləndirilir.
Yüksək gəlirlərin xarici ölkələrdə daşınmaz əmlaka yatırım edilməsi (xüsusilə,
Türkiyə, İtaliya, Fransa, İspaniyada villalar, Avropa və Yaxın Şərqin sahilyanı
ölkələrində isə infrastruktur və xidmət obyektləri), beynəlxalq səviyyədə
qeyri-leqal gəlirlərlə mübarizə çərçivəsində alınmağa başlandıqdan sonra belə
gəlirlər daha çox ölkənin daxilində (əsasən Bakıda) tətbiq edilir.
Xarici şirkət və təşkilatların, xüsusilə neft layihələri üzrə fəaliyyət
göstərən şirkətlərin yerli işçi qüvvəsindən istifadə etməsi sözün əsil
mənasında klassik ayrı-seçkilik və yerli əmək qanunlarının kobud pozulması
hallarına gətirib çıxarmışdır. Mədən sənayesi şirkətlərinin, o cümlədən BTC Co
podratçılarının fəaliyyətinin monitorinqi bir daha göstərdi ki, yerli işçilərə
işin həcminə müvafiq əmək haqqı verilmir, yerli işçilərin əcnəbi işçilərə
nisbətən keyfiyyətsiz qidalanması halları vardır.
Transmilli şirkətlərin Azərbaycan Respublikasının ictimai həyatına ciddi
təsirinin nəticəsidir ki, müvafiq dövlət orqanları, o cümlədən Əmək və Sosial
Müdafiə Nazirliyinin nəzdində olan Dövlət Əmək Müfəttişliyi bu işlərə
qarışmaqdan və eləcə də müvafiq yoxlamalar keçirməkdən imtina edir.
İnsan Hüquqlarının və demokratiyanın heç bir ölkənin daxili işi olmadığını və
bununla da neftlə zəngin olan ölkələrin daxili işinə ciddi surətdə qarışan ABŞ,
Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Norveç Krallığı və digər Avropa
ölkələri demokratiyanın və insan hüquqlarının heç olmazsa onların ölkələrinə
məxsus olan BP, Total, StatOil və digər neft şirkətlərində qorunması və
dəstəklənməsi naminə həmkarlar ittifaqının yaradılmasına cəhd göstərməli idilər.
Təəssüf ki, məhz bu şirkətlərdə yerli işçilərin həmkarlar ittifaqı yaratması
üçün edilmiş hər bir cəhd şirkət rəhbərliyi tərəfindən ciddi təzyiqlərlə
qarşılaşır. Demokratiya və insan hüquqlarından bəhs edən bu şirkətlərin heç
birində bu gün həmkarlar təşkilatları yoxdur.
Təəssüflə qeyd etmək lazımdır ki, neft şirkətlərində, xüsusilə transmilli
şirkətlərdə insan hüquqları ilə bağlı konkret problemlərin və iqtisadi
təsirlərlə bağlı dolayısı problemlərin qarşısının alınması istiqamətində nəinki
bu şirkətlərlə qeyri-bərabər hüquqlu müqavilələr bağlamış hökumət
nümayəndələri, müqavilələri ratifikasiya etmiş və qeyri-demokratik əsasda
formalaşmış Milli Məclis üzvləri, hətta Azərbaycanda demokratiya və insan
hüquqlarının bərpasına çalışdıqlarını iddia edən və hakimiyyətdə təmsil
olunmağa cəhd edən müxalifət partiyası nümayəndələri də, çoxlu sayda QHT
nümayəndələri də mübarizə aparmamışlar. Əksinə hakimiyyətə iddialı olan
müxalifət partiyaları transmilli şirkətlərin fəaliyyətində insan hüquqlarının
kobud pozulması faktlarına göz yummaqla gələcək seçkilərdə onlar tərəfindən
siyasi və iqtisadi dəstək almağa can atırlar.
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının son on ildə Azərbaycandakı
fəaliyyətinin izlənməsi bir daha təsdiq edir ki, bu ölkədə iqtisadi islahatlar
adı ilə aparılmış �struktur dəyişiklikləri� və enerji sektorunun
maliyyələşdirilməsi BMİ-nın digər ölkələrdəki fəaliyyətini təkrar edir.
Dərindən təhlil edən Görkəmli tədqiqatçı M. Çassudovski özünün �Yoxsulluğun
qloballaşması� əsərində bu institutların fəaliyyətinin əsas məqsədini belə
xarakterizə edir: �BVF, Dünya Bankı və Dünya Ticarət Təşkilatının nəzarəti ilə
həyata keçirilən makro-iqtisadi və ticarət islahatları bazar iqtisadiyyatının
gücündən düşünülmüş manipulyasiya edərək ölkələrin �sülh yolu ilə� yeni
müstəmləkəyə çevrilməsi məqsədi güdür� .
ABŞ-ın �ideoloji işğal piramidası� təkcə ABŞ dövlətinin nəzarətində olan
təşkilatlar, kommersiya şirkətləri və qeyri-hökumət qurumları tərəfindən deyil,
həmçinin Avropa İttifaqı, transmilli şirkətlər və BMİ tərəfindən də həyata
keçirilir.
Üçüncü Dünya ölkələrinin iqtisadi istismarının hərbi güc ilə koordinasiyası
şübhəsiz ki, ABŞ tərəfindən həyata keçirilir. Beynəlxalq Maliyyə İnstitutları,
transmilli şirkətlər və NATO əməkdaşlığı artıq danılmaz faktdır. Lakin bu
reallıq ABŞ-ın müxtəlif dövlət institutları və qeyri-hökumət təşkilatları
vasitəsilə pərdələnir. M. Çassudovski haqlı olaraq qeyd edir ki,
"Yerli iqtisadi islahatlara nəzarət edən BVF, Dünya Bankı və Dünya Ticarət
Təşkilatı Bretton Wood İnstitutlarının �post-konflikt� quruculuq işlərinin
maliyyələşməsində deyil, NATO ilə onun müxtəlif �sülhməramlı� fəaliyyətində
əməkdaşlıq edir� .
Azərbaycan iqtisadiyyatının, xüsusilə sovet dövründə kifayət qədər güclü olmuş
kənd təsərrüfatının, məhv edilməsi, Azərbaycan iqtisadiyyatının digər ölkələrlə
olan əlaqələrinin zəiflədilməsi məqsədilə BMİ-nın həyata keçirdiyi layihələr
Avropa Birliyinin layihələri ilə çox həmahəngdir. Bu layihələrdən biri də
�Ərzaq Tədarükü Sektorunun Özəlləşdirilməsi� layihəsi olmuşdur. Bu layihə
1994-96-cı illərdə TACİS Proqramı çərçivəsində BDPA Konsorsiumu + INTEAL
(Fransa) tərəfindən həyata keçirilmişdir. Bu layihə elə bir dövrdə həyata
keçirilmişdir ki, sosialist kənd təsərrüfatı tam dağıdılmamış və torpaq
islahatı hələ həyata keçirilməmişdir. Çox rayonlarda sovxoz və kolxoz
təsərrüfatları mövcud olduğundan əhalinin işlə təminatı hələ normal vəziyyətdə
idi. Lakin əmək məhsuldarlığı aşağı düşməkdə və kənd təsərrüfatına qoyulan
investisiyaların azalması davam edirdi. Əhali arasında kənd təsərrüfatı
islahatları ilə bağlı heç bir maarifləndirmə işi aparılmırdı. Sovet və
kollektiv təsərrüfat sistemini getdikcə əvəz edən və xüsusi mülkiyyətə
əsaslanan və yeni istehsal münasibətlərinin olmasını tələb edən təsərrüfatların
necə yaradılması ilə bağlı məlumatların azlığı əhalidə pessimist əhval-ruhiyyə
yaratmışdır. Artıq bu dövrlərdə bəzi rayonlarda islahata hazırlıq pərdəsi
altında on illərlə yaradılmış və fəaliyyətdə olan kənd təsərrüfatı xidmət
sahələrinin, maşın və avadanlıqların və daşınmaz əmlakın ələ keçirilməsi
planları hazırlanırdı.
Belə bir dövrdə həyata keçirilən �Ərzaq Tədarükü Sektorunun
Özəlləşdirilməsi� layihənin əsas məqsədi isə tamam başqa bir sahəyə, daha dəqiq
desək, tədarük sahələrinin özəlləşdirilməsinin stimullaşdırılmasına
yönəlmişdir.
Qeyd edək ki, layihənin sifarişçisi kimi çıxış edən Kənd Təsərrüfatı
Nazirliyində bu layihə ilə bağlı müfəssəl informasiyası yoxdur. Nazirliyin bəzi
nümayəndələri etiraf edirlər ki, �layihə müvəffəqiyyətli olmamış və tədarük
sahələrinin tez-tələsik özəlləşdirilməsi üçün bir vasitə olmuşdur�.
Sovet dövründə kifayət qədər böyük vəsaitə malik olan bu sahələrin, hələ
respublikada özəlləşdirmə ilə bağlı aydın siyasətin olmadığı və stabilliyin
təmin edilmədiyi zamanda, özəlləşdirilməsinin stimullaşdırılması kənd
təsərrüfatının gələcək inkişafına öz mənfi təsirini göstərməyə bilməzdi. Planlı
Sovet iqtisadiyyatının tərkib hissəsi olan tədarük sahələrinin
özəlləşdirilməsinin Avropa Birliyi tərəfindən stimullaşdırılması kənd
təsərrüfatının tədarük sahəsindən asılı olan digər sahələrinin ciddi surətdə
geriləməsinə və sürətlə dağılmasına şərait yaratmışdır. Məsələn, üzümçülük
sahəsi ilə məşğul olan rayonlarda tədarük sahələrinin �üzümçülük və şərabçılıq
zavodlarının ləğv edilməsi və özəlləşdirilməsinin stimullaşdırılması
nəticəsində üzüm plantasiyalarının inkişafı zəifləmiş, əhali üzüm istehsalı ilə
məşğul olmağın qeyri-rentabelliyinə əsaslanaraq bu ənənəvi sahədən üz
çevirmişdir.
Qeyd edək ki, Azərbaycan keçən əsrin 70-ci illərində 2 milyon tona yaxın üzüm istehsal
edirdi. Əhalinin təqribən yarısı kənd rayonlarında məskunlaşmış və kənd
təsərrüfatı ilə bağlı sahələrlə, o cümlədən emal sənayesi ilə məşğul idi.
İşsizliyin olmadığı və yoxsulluğun kifayət qədər aşağı olduğu bu respublikada
kənd təsərrüfatı sahələrinin özəlləşdirilməsi həm işsizlik, həm də yoxsulluq
səviyyəsinin kəskin artmasına səbəb oldu.
Yüksək inkişaf etmiş kənd təsərrüfatının sıçrayışla zəifləməsi minlərlə insanın
işsiz qalmasına və kənd rayonlarını tərk etməsinə səbəb olmuşdur.
Layihə çərçivəsində ən əhəmiyyətli məhsulların Bakıya tədarük edilməsi işi ilə
məşğul olan əsas istehsalçıların layihə şəbəkələrinin əsas başlanğıc
subyektləri kimi seçilməsi yaxşı hal olsa da, sonradan bu istehsalçıların
bazarda fəaliyyəti və müvafiq məhsulların tədarükü prosesinin yaxşılaşdırılması
baş verməmişdir. Biz bu qənaətə ona görə gəlirik ki, o dövrdə kənd
təsərrüfatında aparıcı yerləri tutan məhsulların bugünkü tədarükü nəinki normal
qurulmamış, əksinə yox dərəcəsindədir. Tədarük sahəsində yaxşı idarəetmənin qurulması
layihənin nəticəsi kimi gözlənilsə də, əslində layihənin son nəticəsi tədarük
sahələrinin qısa müddətdə hakimiyyətə yaxın qüvvələr tərəfindən
özəlləşdirilməsi və ictimai mülkiyyətin sosial ədalətsizliklə mənimsənilməsi
olmuşdur.
Əlbəttə, bu dövrdə və hətta sovet hakimiyyətinin ən izdihamlı dövrlərində
tədarük prosesləri lazımsız bürokratik proseduralarla zəngin olmuşdur. Layihə
tərəfindən belə proseduraların üzə çıxarılması, tədqiq edilməsi və aradan
qaldırılması üçün lazım olan tövsiyələrin verilməsi, müvafiq fəaliyyət
sahələrində tənzimləyici qaydaların araşdırılması müsbət addım ola bilərdi.
Layihənin həyata keçirildiyi qeyri-sabit iqtisadi və siyasi şəraitdə kənd
təsərrüfatı strukturlarının zəiflədilməsi və özəlləşdirilməsi istiqamətində
treninqlərin, seminarların və digər maarifləndirici tədbirlərin keçirilməsi,
dolayısı ilə kənd təsərrüfatında çalışın insanların mülkiyyət və əmək
hüquqlarının pozulmasına şərait yaratmışdır.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatında aparılmış islahatlardan əsasən
qadınlar və kənd regionlarında yaşayan gənc qızlar zərər çəkmişlər. Belə ki,
kənd rayonlarında yaşayan qadınların 90%-i kənd təsərrüfatı sahələrində məşğul
olduqları üçün bu islahatlardan sonra işsizliklə qarşılaşmış və iqtisadi
müstəqilliklərini itirmişlər.
İslahatlardan sonra baş vermiş demoqrafik dəyişikliklər isə kənd rayonlarında
gənc oğlanların sayının kəskin azalmasına və gənc qızların ailə qurmaq
imkanlarının məhdudlaşmasına səbəb olmuşdur.
Təəssüf ki, Avropa Birliyi tərəfindən həyata keçirilən layihənin konkret
nəticələri ilə bağlı rəsmi hesabatları əldə etmək mümkün deyil. Layihələrin
yerinə yetirilməsi proseduraları, əldə edilən nəticələr, müvafiq qurumlar
tərəfindən aparılmış monitorinq və qiymətləndirmələr vətəndaş cəmiyyətindən və
kütləvi informasiya vasitələrindən gizli saxlanılır. Bu faktın özü bu
layihələrin gizli məqsədlərə xidmət etməsi şübhəsi yaradır.
Yuxarıda qeyd edildiyi kimi, BMİ-nın, ABŞ dövlət və qeyri-dövlət qurumlarının,
Avropa İttifaqı layihələrinin və transmilli şirkətlərinin fəaliyyət
strategiyaları arasında üzvü əlaqə var. Bu əlaqə Dünya Bankı və AYİB tərəfindən
dəstəklənən neft və qaz sektoru üzrə investisiya strategiyası ilə Hasilatın Pay
Bölgüsü Sazişləri (HPBS) arasında daha aydın görünür. ABŞ Ticarət Departamentinin
2004-cü ilə aid olan məlumatlarına görə Azərbaycanda ümumi dəyəri 50 milyard
dollara qədər olan 22 HPBS imzalamışdır. Dünya Bankı təsdiq edir ki,
Azərbaycanda karbohidrogen sektoru Azərbaycan hakimiyyəti ilə HPBS əsasında
razılaşdırılmış xüsusi müqavilə tədbirləri sayəsində ümumi investisiya mühitinə
münasibətdə nisbətən qeyri-həssas olmuşdur. Odur ki, bu sahəyə investisiya
qoyuluşu digər sahələrə nisbətən daha yüksəkdir. Əsil həqiqət isə hər hansı
sahədə HPBS tipli müqavilələrin bağlanması ilə deyil, daha çox bu sahənin Qərb
dövlətləri, xüsusilə ABŞ üçün maraq kəsb etməsi ilə bağlıdır.
�Xüsusi razılaşdırılmış tədbirləri� nəzərdə tutan HPBS müqavilə modeli
qeyri-karbohidrogen sektoruna tətbiq edilmir və ABŞ Dövlət Departamenti bəyan
edir ki, �Hökumətin bürokratiyası, zəif hüquqi institutlar, siyasi cəhətdən
əlaqəli olan monopolist dairələrin talançı fəaliyyəti enerji sektorundan
kənarda investisiyalara ciddi mane olmuşdur .
Qeyd edək ki, �xüsusi razılaşdırılmış tədbirləri� nəzərdə tutan HPBS mahiyyətcə
yerli iqtisadiyyata ciddi ziyan vuran, sözün həqiqi mənasında talançı şərtləri
nəzərdə tutan müqavilə formasıdır.
HPBS tipli müqavilələr üçüncü dünya ölkələrinin iqtisadi istismarını və yeni
müstəmləkəçiliyi qanuniləşdirən hüquqi aktlardır. Lakin maraqlı fakt budur ki,
BMİ hətta belə talançı şərtlərlə Azərbaycanın qeyri-karbohidrogen sektoruna
investisiyaların cəlb edilməsinə razı deyildirlər. Bu sahələrə investisiyaların
cəlb edilməsinə müxtəlif bəhanələrlə mane olan BMİ əslində ABŞ-ın üçüncü dünya
ölkələri ilə bağlı iqtisadi siyasətini, yəni bu ölkələrdə zəif və neft
sektorundan asılı iqtisadiyyatın yaradılmasını həyata keçirirlər. Qeyri-neft
sektorunda investisiya mühitini inkişaf etdirmək üçün bəzi hüquqi çərçivənin,
məsələn Monopoliyaya Qarşı Qanunun, Dövlət Satınalması haqqında Qanunun,
Korrupsiyaya Qarşı Qanunun yaradılmasını dəstəkləyən Dünya Bankı və BVF sadəcə
olaraq Azərbaycanın iqtisadi inkişafında maraqlı olduqları ilə bağlı imitasiya
yaradırlar.
Belə ki, BMİ bu qanunların da Azərbaycan Parlamentinin qəbul etdiyi digər
qanunlar kimi effektiv işləməyəcəyini qabaqcadan dəqiq bilirlər və mövcud
rejimin dəstəklənməsini davam etdirirlər.
Odur ki, korrupsiya ilə mübarizə aparan mövcud qanunların və sərəncamların
effektiv həyata keçirilmədiyini, Azərbaycanda insan hüquqlarının pozulduğunu
deyən ABŞ Dövlət Departamenti , �təəssüf ki, ailəyə və �klana� olan pərəstiş
Azərbaycanın siyasi həyatında geniş rol oynayır və bu vəziyyət Avropa
demokratik prinsiplərinin tam ifadə edilməsi istiqamətindəki fəaliyyətin ləngiməsinə
kömək edir� deyən Avropa İttifaqı mövcud siyasi vəziyyətin karbohidrogen
sektoruna investisiya qoyuluşuna mane olmadığına əmindir, lakin belə
investisiyaların qeyri-karbohidrogen sektoruna qoyuluşuna isə ciddi təhlükə
kimi yanaşır.
HPBS ABŞ-ın nəzarətində olan şirkətlərə əlverişli şərtlərlə fəaliyyət
göstərməyə, yüksək mənfəət əldə etməyə, mövcud hüquqi çatışmazlıqlardan
effektiv şəkildə yan keçməyə imkan verir. HPBS tərəflərin məsuliyyətini yerli
hökumətlərin maksimum ziyanına müəyyən edərək şirkətlərə əhəmiyyətli vergi
güzəştləri və aşağı vergi dərəcələri müəyyən edir. HPBS şərtlərinə əsasən
karbohidrogen fəaliyyəti üçün işlədilən idxal malları əlavə dəyər vergisindən
və idxal vergilərindən azaddır. Eyni şərtlər Yerli Hökumətlərlə Razılaşmalar (YHR)
üzrə də tətbiq edilir.
Neft və qaz sektoruna belə əlverişli mühitin yaradılması və ya qeyri-neft
sektorunda belə güzəştlərin edilməməsi bu sahələr arasında ciddi fərqlər
yaratmaqla bərabər həm qeyri-neft sektorunda kadr potensialının inkişafına, həm
də bu sahələrə investisiya axınına mənfi təsir göstərir. Beləliklə, Dünya Bankı
və AYİB tərəfindən dəstəklənən HPBS tipli müqavilə model zəif idarəçiliyi
dəstəkləməklə bərabər, iqtisadiyyatda müxtəlifliyin genişlənməsinə və iqtisadi
dayanıqlılığın təmin edilməsinə ciddi maneələr yaradır.
Azərbaycanın neftdən asılılığı durmadan artır.
�Holland Xəstəliyinin� əlamətləri və yoxsulluğun davam edən yüksək səviyyəsi
Azərbaycan cəmiyyətinin ciddi təhlükə altında olduğundan xəbər verir. BMİ
tərəfindən təklif edilən iqtisadi islahatlar son on ildə Azərbaycan
iqtisadiyyatını tamamilə xarici kapitaldan asılı vəziyyətə saldı. BMİ neft və
qaz sənayesinə qeyri-mütənasib kreditlər ayırmaqla, neft və qaz sənayesinə
imtiyazlı rejim yaratmaqla və neftdən asılılığı daha da stimullaşdırmaqla
Azərbaycanın müstəmləkə ölkəyə çevrilməsini təmin etdilər. Bundan başqa, BMİ
tərəfindən kreditləşmənin on ili ərzində həll edilməyən iki böyük problem -
yoxsulluğun azaldılması və korrupsiya problemləri əslində BMİ tərəfindən
dəstəklənən indiki hakimiyyətin zəif idarəçiliyinin dəstəklənməsinin
nəticəsidir.
Hazırda neft sektorundan daxil olan vəsaitlərin qeyri-səmərəli istifadəsi və
BMİ-dan alınan kredit vəsaitlərinin həcminin getdikcə artması və mənimsənilməsi
neft gəlirlərinin azalacağı dövrlərdə Azərbaycan büdcəsində xarici borcların
çəkisinin kəskin artacağından xəbər verir. Azərbaycan dövlətinin BMİ-dan borc
almağa ehtiyacı olmadığı indiki halda, BMİ tərəfindən onun belə kreditlərə
təşviq edilməsi iqtisadiyyatda korrupsiya hallarının daha da kəskinləşməsinə və
inflyasiyanın artmasına səbəb olur.
Düz 5 il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi gündəmə
gələndə bir qrup beynəlxalq qeyri-hökumət təşkilatı bəyan etdi ki, BTC-nin
çəkilişi Azərbaycanı ciddi iqtisadi və siyasi çətinliklər qarşısında qoyacaqdır
.
Bu çətinliklər siyahısında təkcə qeyri-neft sektorunun zəifləyəcəyi, ixracın
azalacağı, idxalın artacağı, milli valyutanın haqsız olaraq möhkəmlənəcəyi
təhlükəsi yox, həmçinin, gündəlik tələbat mallarının da qiymətlərinin sürətlə
artacağı, inflyasiyanın güclənəcəyi, əhalinin geniş təbəqəsinin həyat
səviyyəsinin aşağı düşəcəyi xüsusi yer tuturdu. Əlbəttə, belə bəyanatların
səslənməsi, dövlət hakimiyyətini uzun müddət üçün əldə saxlamağı planlaşdıran
və bu məqsədlə Qərbin hər bir tələbini yerinə yetirməyə hazır olan Azərbaycan
hökumətinə, həmçinin Azərbaycanın yeraltı sərvətini dəyər-dəyməzinə ələ
keçirtmiş və onu sürətlə ixrac etməyə hazırlaşan ABŞ və onun nəzarətində olan
BP-yə xoş gəlməyə bilərdi.
Odur ki, BMİ-nın fəaliyyəti, xüsusilə neft sənayesinə yönəldilən böyük miqdarda
investisiyanın mümkün fəsadları ictimaiyyətin müzakirəsindən tamamilə kənarda
qaldı.
2007-ci ildə baş vermiş qiymət artımı bu günün yox, çox uzaq olmayan dünənin
səhvləridir. Bu səhvlər Azərbaycan cəmiyyətində ictimai nəzarəti həyata
keçirməyə borclu olan təşkilatlanmış qrupların, xüsusilə də siyasi müxalifətin,
mətbuatın və vətəndaş cəmiyyətinin səhvidir. Lakin Azərbaycan ictimai və siyasi
həyatında baş verən bu səhvlər Azərbaycan siyasi və ictimai elitasını idarə
edən qurumların, o cümlədən hökumətin, ABŞ və BP-nin uzun müddət üçün nəzərdə
tutduqları planlardır. Odur ki, Azərbaycan siyasi və ictimai elitası ABŞ
�ideoloji maşını� tərəfindən aldanaraq səhv etdikləri üçün, ABŞ və onların
nəzarətində olan BMİ, Azərbaycan hökuməti və BP isə Azərbaycan xalqının həyat
səviyyəsinə planlı şəkildə ciddi ziyan vurduqları üçün məsuliyyət daşımalıdır.
Azərbaycan iqtisadiyyatının getdikcə neftdən asılılığının artması faktı,
təəssüf ki, siyasi və ictimai elitanı, Azərbaycan ziyalılarını və mətbuatı
ciddi narahat etmir. BMİ Azərbaycandakı fəaliyyətinin analizi bunu deməyə əsas
verir ki, Azərbaycanda geniş yayılmış yoxsulluğun davam etməsi, yüksək işsizlik
səviyyəsi, neftdən asılılığın artması, �Holland Xəstəliyinin� aşkar əlamətləri,
Hasilatın Pay Bölgüsü Sazişinin �pis idarəçiliyi� BMİ ilə Azərbaycan
hökumətinin �iş birliyinin� nəticəsidir. BMİ-nın Azərbaycana yardımlarının
iqtisadi müxtəlifliyin və qeyri-neft sektorunun inkişafına yox, məhz neftdən
asılılığın artmasına yönəlməsi faktını artıq heç kəs inkar edə bilməz.
BMİ-nın fəaliyyətinin görkəmli tədqiqatçısı Uilyam Engdahl haqlı olaraq qeyd
edir ki, �Vaşinqtonun BVF-nun keçmiş Sovet İttifaqında həyata keçirdiyi �bazar
islahatlarının� məqsədi qəddar və sadədir: Moskva ilə Sovet İttifaqının
nəzarətində olan digər ölkələr arasındakı iqtisadi əlaqələrin, Özbəkistandan
Qazaxıstana qədər, Gürcüstandan Azərbaycana qədər, Estoniyadan Polşaya qədər,
Bolqarıstandan Macarıstana qədər olan iqtisadi əlaqələrin məhv edilməsi. Baxmayaraq
ki, BVF bu məqsədi heç vaxt bəyan etməmişdir, onun �şok terapiyası� Rusiyanın
ucqarlarında zəif və qeyri-stabil iqtisadiyyatın, Qərb kapitalından və dollar
axınından asılı olaraq yaşayan iqtisadiyyatın, yaradılmasını nəzərdə tuturdu.
Bu yeni müstəmləkəçilik formasıdır� .
BMİ-nın Azərbaycandakı fəaliyyətinin tədqiqi də bu faktı təsdiqləməyə əsas
verir ki, bu fəaliyyət ABŞ-ın yeni müstəmləkəçilik siyasətinin tərkib
hissəsidir və onun reallaşmasına xidmət edir.
Odur ki, BMİ maliyyələşdirdiyi layihələrin nəticələrinin daha düzgün başa
düşülməsi üçün ABŞ xarici siyasətinin �anatomiyasına� bir daha diqqət yetirək.
Dəfələrlə qeyd etdiyimiz kimi, ABŞ-ın xarici siyasətinin əsas məqsədi
beynəlxalq hegemonluğa nail olmaqdan ibarətdir.
Bu məqsəd dünya bazarının və enerji ilə zəngin ölkələrin idarə edilməsinin
nəzarətə alınmasını zəruri edir. Nəyin bahasına olursa olsun �müvəqqəti və
sözəbaxan� yerli hökumətlərin formalaşması, ABŞ şirkətlərinin və qurumlarının
əlverişli və təhlükəsiz fəaliyyətinin təmin edilməsi ABŞ-ın yeni
müstəmləkəçilik siyasətinin əsas məğzidir.
ABŞ-ın yeni müstəmləkəçilik siyasətini reallaşdıran beynəlxalq strukturlardan
biri də beynəlxalq maliyyə strukturlarıdır. Beynəlxalq Valyuta Fondu yenicə
müstəqilliyə qədəm qoymuş (əslində isə beynəlxalq səviyyədə təklənmiş) və öz
borcları üzrə ödənişləri etmək imkanında olmayan ölkələrə kredit təklif edir.
Əvəzində isə bu ölkələrin iqtisadi siyasətinin BVF-in nəzarətinə keçməsinə
imkan verən �struktur islahatları Proqramı� (SAP) adlanan islahatları yerinə
yetirmələrini tələb edir. Belə �xidmətlər� ölkələrin �dinc yolla� ABŞ
nəzarətinə keçməsini təmin edir.
Belə ki, �BVF və Dünya Bankı ABŞ-ın aparıcı rola malik olduğu �birinci Dünya�
ölkələri hökumətləri tərəfindən nəzarətdə saxlanılır və təəccüblü deyildir ki,
bu institutların həyata keçirdiyi siyasət bu ölkələrin mənafeyinə xidmət edir�
Məhz bu qurumlar vasitəsilə yerli �sözəbaxan� hökumətlərlə razılığa gəlinir və
onların siyasi və maliyyə cəhətdən dəstəklənməsi müqabilində ölkənin ABŞ-dan
tam asılılığına nail olunur.
Deməli, BMİ-nın əsas siyasi vəzifəsi maliyyə vasitəsilə �hökumət-xalq�
birliyini sındıraraq, hakimiyyəti əlində cəmləşdirən qrupla (bu ailə, �klan�
hakimiyyət qrupu və ya sözəbaxan �psevdo-demokratik hökumət� ola bilər) ABŞ-ın
iş birliyini yaratmaq və ölkənin birgə talanmasını və zəifləməsini
stimullaşdırmaqdır.
Yerli əhaliyə qarşı BMİ-nın həyata keçirdikləri belə qeyri-insani fəaliyyətdə
ABŞ təkcə siyasi dəstəkdən yox, lazım gələrsə, hərbi gücündən də istifadə edir.
ABŞ-Azərbaycan və ABŞ-İraq əlaqələrinin qısa müddətli tarixi müqayisəsi bunu
deməyə əsas verir ki, tətbiq edilən metodların fərqli olmasına baxmayaraq, hər
iki halda məqsəd bu ölkələrin �müştəri ölkəsinə� çevrilməsindən ibarət
olmuşdur. 1994-cü ildən başlayaraq Azərbaycan hökumətinə və Azərbaycanda
fəaliyyət göstərən özəl şirkətlərə 3,4 milyard ABŞ dollarından çox vəsait
ayıran BMİ, əslində Azərbaycan cəmiyyətini iki sosial sinfə parçaladı:
Birincisi, hökumətdə təmsil edilən və onunla bu və ya digər formada əlaqəsi
olan az sayda insanlar, ikincisi, hökumətdə təmsil edilməyən çoxsaylı xalq
kütləsi. BMİ-nın Azərbaycandakı 10 illik fəaliyyəti hökumətdə təmsil edilən və
onunla bu və ya digər formada əlaqəsi olan az sayda insanlar tərəfindən küllü
miqdarda dövlət mülkiyyətinin ələ keçirilməsinə, yüksək səviyyəli korrupsiyanın
stimullaşdırılmasına şərait yaradaraq �hökumət-xalq� birliyini qırmağa nail
oldu. Beləliklə, ABŞ-ın Azərbaycanı uzun müddət üçün tam nəzarətdə saxlaması
təmin edildi.
Lakin ABŞ-ın İraqdakı yeni müstəmləkəçilik fəaliyyəti keçmiş Sovet
respublikalarındakı kimi asan başa gəlmədi.
Belə ki, bu ölkənin BMİ vasitəsilə �müştəri ölkəyə� çevrilməsi mümkün olmadığı
üçün hərbi gücdən istifadə edildi.
Lakin İraqın iqtisadiyyatının dağıdılması və İraq cəmiyyətinin real parçalanması
təhlükəsi çox yüksək olsa da bu ərazidə ABŞ-ın talançılığı hələ onun
qələbəsindən xəbər vermir. Belə ki, ABŞ-ın İraqdakı qələbəsi o vaxt dayanıqlı
olacaqdır ki, İraq cəmiyyəti Azərbaycanda olduğu kimi siyasi tərki-silah
edilsin, cəmiyyətdə sabaha inamsızlıq və pessimizm hökm sürsün, insanlarda
birləşmək və mübarizə aparmaq hissi məhv edilsin.
Qeyd edək ki, ABŞ �ideoloji maşını� bu sahədə öz fəaliyyətini durmadan
genişləndirir.
BMİ-nın Azərbaycana ayırdığı ilkin kreditlərin, o cümlədən Dünya Bankı və BVF
tərəfindən verilən 719 milyon dollarlıq kreditlərin qeyri-müəyyən və
əsaslandırılmamış struktur islahatlarına yönəlməsi, əslində, ticarətin
liberallaşması, özəlləşdirmənin sürətlə həyata keçirilməsi və bank sektorunda
islahatların aparılması yolu ilə illərlə qurulmuş istehsal sahələrinin
dağıdılmasına, yuxarıda qeyd etdiyimiz kimi, əhalinin ənənəvi yaşayış
imkanlarının məhdudlaşdırılmasına və onların �idarə edilə bilən� olmasına
yönəlmişdir.
BMİ-nın əsas fəaliyyətinin neft və qaz sənayesinin genişləndirilməsinə
yönəlməsi onların ABŞ-ın enerji təhlükəsizliyinə xidmət etdikl<