|
Oxuyun, çünki mürəkkəbin axmadığı yerdə qan axır
|
|
I yazı - DÜŞÜNƏNLƏRİN SONU
II yazı Avropa
olmaq, avropalı olmaq istəyirik. Əlinə kitab alıb oxuyan, azacıq
maariflənən, düşüncə əhli olan insanların Allahı inkar etməsi nə qədər
inanılası deyilsə, onlar üçün Avropadan yan keçmək də mümkün deyil.
Çünki, Avropa və avropalılar coğrafi məkan və xalq olaraq, inkişaf və
tənəzzül prosesini təbii olaraq görmüş, yaşamışlar. Və hazırda
Post-modern mərhələyə qədəm qoyublar və bütün dünya ağıllıları onlar
kimi addımlamaq istəyirlər.
Ötən
yazımda avropalıların qədim dövrünü qısa şəkildə təsvir etməyə
çalışdım (avropa insanın inkişafı və tənəzzülü). Beləki, qladiator
döyüşlərində "human (insan)" unudulmuşdu. Avropa insanını və
"insanlıq"ını xilas edəcək bir qüvvəyə ehtiyac var idi. Bu superman
Allahın peyğəmbəri İsa əleyhissəlam oldu. "Nəinki dostunu, düşmənini
belə əfv et" deməklə həzrəti İsa miladdan sonrakı avropalıların taleyini
iki-üç əsrlik dəyişməyə nail oldu. Mərhəmət, xeyirxahlıq, sülh, kömək,
dəstək, bağışlamaq, mükafatlandırmaq kimi ülvi hisslər bu cəmiyyətə
hakim olmağa başladı. Vəhşi və barbarlaşmış yunan və romalılar üçün
"insan"ın dəyəri qalxdı. Artıq humanizm özünün pik nöqtəsinə çatmışdı.
Beləliklə, avropa ikinci intibahı görmüş oldu. Qarşıda avropalıları
büs-bütün əsarətinə alacaq və bu dəfə Sezar idarəçilyinin yeni, kilsənin
"parçala və hökmranlıq et"-i yeni, dini formada tətbiq etdiyi qaranlıq
dövr gözləyirdi. İmperator Avqustindən (IV əsr) sonra avropalılar 7-8
əsrlik cahillik və zülmət dolu bataqlığa düşdülər. İnsanlıq kilsə
tərəfindən idarə olunmağa başladı. Bu kilsə, Həzrəti İsa (ə) və onun
Allahının deyil, elmə, fikrə, maarifə qarşı qəti mövqədə dayanan
papaların mənafeinə xidmət edirdi. "Cənnət qəbzləri"indən gələn gəliri
müqayisəli götürsək müasir dövr Avropa ölkələrinin bir neçəsinin illik
dövlət büdcəsinə bərabər gəlirdi və bu pul xalqın rifahına yox, papların
qarnına gedirdi. Və odur ki, cəmiyyətdə günah nə qədər çox olardısa,
bir o qədər günah "yumaq" istəyənlər çox olurdu və bu da Kilsə
büdcəsininin və eyni zamanda qüdrətinin artması demək idi. Qüdrətli
kilsə isə avropanı büs-bütün əsarətində, cahiliyyət və din adına
dinsizlikdə saxlamaq istəyirdi.
Və..3-cü
intibah. Həqiqi mömin avropalılar (protestantlar) din adına dünyalarını
quran yalançı kilsə xadimlərinə qarşı (katoliklər) mübarizəyə
başladılar. Həm də kor-təbii yox, cəmiyyətdə yeni söz, yeni fikr, yeni
davranış nümayiş etdirməklə buna nail oldular. Protestantların intibahı
qansız ötüşmədi. Neçə neçə elm, fikr adamları kilsə fərmanları ilə ölüm
hökmünə məruz qalırdılar. Hətta, insanın bədənindəki qanın təzyiqi
olduğunu deyəni həmin dövrdə papın əmri ilə dərisini soydurdular. Papa
hər bir yeni fikri, ixtiranı kilsənin nüfuzuna xələl gətirəcəyini
bilirdi və odur ki, bütün kilsə qanunları var gücü insanları qorxuda
saxlayırdı. 12-ci əsrdə müsəlmanların ixtira etdiyi su saatı kimin
əlində görsənərdisə, amansızlıqla qətlə yetirilməlidir kimi fərmanlar
məhz kilsə tərəfindən verilmişdi. Odur ki, tarixdə məşhur olan
"Varfalomey" gecəsində kilsə tərəfdarları heç nədən çəkinmədən mömin və
həqiqi din tərəfdarı olan xristianların min nəfərindən çoxunu qətlə
yetirdilər. Axıdılan qanlar dinsizlik və elmsizlik üzündən axırdı.
Həqiqi möminlər olan Martin Lüter Kinqlər, Cordono Burunolar, Kopernik
və Qalileylər isə dayanmadan avropanı həqiqi və nurlanmaq dini olan
xristianlığa, elmə, intibaha səsləyirdilər. Onlar qanları hesabına
avropada bütün sahələrdə intibah baş qaldırdı. Tezliklə kilsə
idarəçiliyinə və mövhumata ən böyük zərbəni də məhz protestant ziyalılar
və intelektualları vurdu. Maraqlıdır,
bir yazıda çox qısa bir şəkildə təsvir etməyə çalışdığım bu
proseslərdən biz də keçməklə avropalı ola bilərik, ya onlar bizim
yerimizə bu prosesi keçiblər, biz artıq avropalıyıq deyək?! Mən həmişə
millət kimi formalaşmağımızın və vahid ideologiya ətrafında
birləşməyimizin tərəfdarı olmuşam. Nə miliyyətindən, nə dinindən, nə də
siyasi mənsubiyyətindən aslı olmayaraq hər bir ziyalının sözü mənim üçün
dəyərli və əzizdir. Ancaq, bizim cəmiyyətdə bir sıra suallar var ki,
onlar açıq olaraq qalır. Ən birinci sual budur, ziyalı kimdir?
intelektual kimdir? İkinci sual deyir ki, biz kimik, kimliyimiz hardan
gəlir? Və minlərlə bu kimi suallar açıq və toxunulmamış qalır. Əlbəttə,
bu cür olan halda, müəyyənləşməmiş halda qalmaq idarə olunmaq üçün çox
rahatdır. Kölə və qul əsir alındıqdan sonra həmişə özünü kölə kimi hiss
edir. Onun üçün vətən, millət anlayışı olmur. Odur ki, qulları nə
müharibəyə, nə strateji əhəmiyyətli sahələrə buraxmırlar, çünki
istənilən halda idarəçilikdən çıxa bilər. Məişət səviyyəsində isə onunla
rəftar daha rahatdır. Beləliklə, məlum olur ki, bir millət və xalq
olaraq müəyyənləşmək inkişaf etmək üçün əsas şərtdir. İnkişaf yəni, hər
bir sahədə elmlənmək, hər bir sahənin mütəxəssisi olmaq. Bu kifayətdir
ki, biz işinin kamil şəkildə bilicisi olan ustaya belə intelektual deyək
(Kamil bir palançı olsa da insan, yaxşıdır, yarımçıq papaqçılıqdan).
Və ya çox gözəl şəkildə çəkməçilik edən və bu sənətə dair hər bir
yenilikdən xəbərdar olana intelektual deyək. Qısası, hər kim ki, öz
sahəsində mütəxəssisdir, həmən insan öz sahəsinin intelektualıdır
(intelligence). Bu söz ingilis köklü sözdür və beyin, düşünmə mənasına
gəlir. İntelektualın beyni çox yaxşı işləməlidir. Dövlət idarəçiliyi də
belədir. Hər bir sahədə məhz intelektuallar əyləşməlidir. O insanlar ki,
idarə etdikləri sahəninin elmini, nəzəriyyəsini, praktikasını ən gözəl
şəkildə bilir və həyata keçirirlər.
Bəs
ziyalı kimdir? Hər intelektual ziyalı ola bilərmi? Bu suallar artıq,
ziyanın intelektdən daha üstün, daha geniş olduğunu göstərir. Ziyalı o
kəsdir ki, düşüncə dairəsi dar və məhdud çərçəvədə deyil və onun ziyası
cəmiyyətin bütün təbəqələrini görə bilir. "Clairvoyant"ın tərcüməsinin
azərbaycan dilində qarşılığı açıq görüşlü, aydın düşüncəlidir. Bir sözlə
ziyalı diplomlu da ola bilər, diplomsuz da, oxumuş da ola bilər,
oxumamış da. Bu gün Azərbaycanda hər kəsin dilinə düşən sözdür bu.
Ziyalı sözünün üzərindən hərə bir fikr yeridir və ziyalının rolunu
müəyyənləşdirməyə çalışırlar. Hər oxuyana ziyalı deyirlər. Qısa desək,
hər bir qrup şəxsi marağına görə ziyalını tərif edir. Ancaq fakt budur
ki, ziyalı heç bir qrupa aid olmamalı və cəmiyyətin vəziyyətini
(situation humaine)anlamalı və onu deməlidir. Ziyalı deməlidir ki, biz
zaman və məkanca hardayıq. Əgər avropa bu gün post-modern
mərhələdədirsə, biz də 21-ci əsrin insanı kimi bu mərhələdəyik, ya yox?
Məsələn, Ərəbistan ölkələri, onları 21-ci əsrdə yaşayan orta əsrlərin
nümayəndələri hesab etmək olar?! Odur ki, ziyalı cəmiyyətin zamanını
anlamalı, onu şərh etməli və inkişafın istiqamətlərini göstərməlidir.
Təbii ki, öz ziyası ilə..
Ardı var
III yazı ELMLƏR AKADEMİYASINA GEDƏN YOL Özünü tanı, özünü tanıyan Allahını tanıyar |
|