Ağlamaq istəyirəm... qəlbim sızıldayır bu ağrıdan.
Ürəyimdəki nisgili göz yaşlarımla çıxarmaq istəyirəm. Amma nədənsə
gözlərimdən də yaş gəlmir. Hər gün eşitdiklərim bir az da göynədir məni.
Bir vaxtlar azan səsini qadağan eləyəndə, məscidi sökəndə, körpə
balaların başından hicabını açıb onların imanını elə beşikdəcə boğanda
da ağlamaq keçmişdi könlümdən. Özü də dəli bir ağlamaq. Amma gözlərimdən
yaş gəlməmişdi. Ürəyim boşalmamışdı. Bütün bunlar yığılaraq hər gün
məni bir addım da irəliyə aparırdı.
Bir gün yenə də təzə xəbər
eşitdim. Davam edir 37... repressiyalar dövrü qayıdıb deyəsən dedim
öz-özümə. Axı indi, bu vəziyyətdə də? Sual verdim öz-özümə... Həbs
etdilər Azərbaycanın ən ləyaqətli oğlanlarını. Özü də dəyərsiz bir
ittihamla... Bax onda da ağlamaq istədim. Amma gözlərimdən yenə yaş
gəlmədi. Bu nisgil də ürəyimdə qaldı.Artıq bundan sonrası yoxdur dedim.
Amma deyəsən yanılmışam mən. Bu jurnal imiş. Kino hələ qabaqda imiş.
Yeni
xəbərlər eşidirəm indi. Bu xalqın mənəvi dəyəri olan Aşuranı da qadağan
eləmək istəyirlər deyəsən. Özü də elə bir günü ki, min illərdir bu gün
yaşayıb və yaşayacaq...Bir haşiyə çıxmaq istəyirəm. Dostlarımdan biri
Kərbəla ziyarətindən qayıdandan sonra bir söz dedi. Kərbəlada bir
mənzərəyə mat qaldım dedi. Hüseyni (ə) bütün dillərdə, 14 əsrdir bir
dəqiqə də dayanmadan yad edib ağlayırlar. Onun böyüklüyünü dərk etdim
orda dedi.
Amma indi Hüseynə (ə) ağlamağı da deyəsən bizə çox
görürlər. Hətta cürət edib məsciddə ağlamayın gedin yasınızı evdə tutun
da deyirlər. Bax indi mən həqiqətən ağlamaq istəyirəm. Amma bu göz
yaşları fərqlidir. İllərlə qəlbimdə yığılıb qalmış nisgillərin qəzəbə
çevirdiyi göz yaşıdır. O göz yaşı ki, zülmə boyun əyməyən və zalıma
qarşı çıxan Hüseyn (ə) məktəbinin öyrətdiyi göz yaşı. O göz yaşı ki, hər
damlasında bir Kərbəla, bir Aşura var. O göz yaşı ki, zülmün qarşısında
boyun əymir və zalıma meydan oxuyur. 14 əsrdir ki, hər gün Aşura, hər
yer Kərbəla deyib Hüseyn (ə) üçün ağlayırlar.
Bu gün isə mən də
nəhayət ağlayacağam. Ağam Hüseynin (ə) Mübarizlik məktəbinin qoyduğu
yolla. O qədər ağlayacağam ki, qolu qələm olan Hz. Abbas (ə) xeymələrə
su apara bilsin mənim göz yaşlarımdan, Hüseynin (ə) körpə balalarına su
apara bilmədi deyə xəcalət çəkməsin. O qədər ağlayacağam ki, boğazından
oxlanan körpə Əli Əsgər (ə) təşnə şəhadətə yetməsin.
P.S. Mənim qəzəblə dolu olan gözlərim. Ağlayın, çünki artıq ağlamağın zamanıdır. Ağlayın ki, ürəyim boşalsın...
Yazarlar ve makalelerin
Yayınlanan haberlerin yorumları sadece yorum sahibini bağlar. Bu konuda
rast haber merkezi'nin hiçbir sorumluluğu yoktur
rasthaber.com’da yayınlanan harici linkler ayrı bir sayfada açilir.harici linklerin içeriğinden rasthaber.com hiçbir şekilde sorumlu değildir
rasthaber.com’da yayınlanan yazı ve yorumlardan yazarları sorumludur.