Dünyanın qədim tarixində bir xalq olub ki, hər şeyi unutduğuna görə bu gün yoxa çıxıb.
O xalq öz daxili və xarici düşmənlərini unutmuş, dostunu düşmənini tanımamış, dəyərlərini itirmiş xalqdır. O
xalq torpağının beşdə birinin işğalını unutmuş, dini dəyərlərini
itirmiş, öz mentalitetinə yadlaşmış bir o qədər də özünü unutmuşdu. O
xalq haqqında düşünürəm. Düşünürəm ki, niyə insan ayaqqabısının bir
tayını çıxararaq digər tayı ilə gəzir. Gəzəcəksə iki tayınıda geyinməli,
yatacaqsa hər ikisini də çıxartmalı deyilmi?! Öz taleyini yad
insanların ixtiyarına buraxaraq torpaqlarının azad olunmasını gözləmiş,
su istəsədə suyun ona tərəf gəlməsini arzulamış xalqın taleyi sel
gələrkən yuvasını sel basmış qarışqaya bənzəmirmi?!
İnsan yatmaq
istəyirsə gözlərini qapamalı deyilmi? Cənnəti istəyirsə öhdəsinə
düşənləri yerinə yetirməli, missiyasını tamamlamalı deyilmi? Özünün və
qardaşının haqqını müdafiə etməli deyilmi? Hər şeyi unudan bir
cəmiyyətin sonu bataqlıq deyilmi? Əgər onsuzda öləcəksən və imtahan
olunacağını bilirsən, Allahdan başqa kimdən su içməyi istəyə bilərsən?
Hər
başlanğıcın bir sonu və hər sonunda bir başlanğıcı var. Lakin hər nə
olursa olsun, insan oğlu imtahan olunur. Sabah Tanrıverdi dayı bizdən
soruşmazki, mən ayaqlarımı itirdim ki, siz hər şeyi, elə mənidə
unudasınız?!
Bu gün...
Bu gün
isə hava yağışlı olacaq. Özünüzü soyuqdan qoruyun. Allaha dua edək ki,
qəlblərimizə aramlıq gətirən yeganə pənahgahımız Salehlər atası gələnə
qədər Azərbaycanı sel suları yuyub aparmasın. Sinələrdəki dərdlərin
dərmanı təzahür etməsə, yeni bir “Bing bong” baş verə bilər.
Yazarlar ve makalelerin
Yayınlanan haberlerin yorumları sadece yorum sahibini bağlar. Bu konuda
rast haber merkezi'nin hiçbir sorumluluğu yoktur
rasthaber.com’da yayınlanan harici linkler ayrı bir sayfada açilir.harici linklerin içeriğinden rasthaber.com hiçbir şekilde sorumlu değildir
rasthaber.com’da yayınlanan yazı ve yorumlardan yazarları sorumludur.