Dünya siyasətində ABŞ və İsrailin çox mehriban böyük və kiçik qardaş
olması bütün dövlətlərə məlumdur. Nə ABŞ İsrailin etdikləri zülmləri
pisləyir, nədə İsrail etdikləri zülmlərdən əl çəkir. Çünki, arxasında
ABŞ kimi böyük qardaşı var. Şərqdə ən çox zülm edən iki dövlət varsa
ABŞ və İsraildir. Öz mövqelərini gücləndirmək üçün ildə milyardlarda
dollar xərcləyəndə bu iki dövlətdir.
Mənim ABŞ və İsrailin
dünyada etdikləri oyunlardan və zülmlərdən yazmaq fikrim yoxdur. Sadəcə
iki dövlətin dünya dövlətərinə qarşı qurduğu torlardan və bu torlara
düşən dövlətlərin siyasətindən,xüsusilədə qardaş Türkiyənin siyasətindən
yazacam. Hal-hazırda şərqdə güclənən iki dövlət var; İran və Türkiyə. İranın
siyasəti beynəlxalq aləmdə bəllidir. ABŞ və İsraili dünyada terrorçu və
dövlətlərin daxili işinə qarışan dövlətlər kimi tanıyır və hər iki
dövlətin siyasətini pisləyir.
Bəs Türkiyənin siyasəti? Qardaş
ölkənin siyasətini diqqətlə nəzərdən keçirək. İqtisadi cəhətdən sürətlə
inkişaf edən Türkiyənin nüfuzu şərqdə, xüsusəndə ərəb ölkələri arasında
sürətlə artmaqdadır. Türkiyənin artan nüfuzundan ən çox istifadə etmək
istəyən dövlət şübhəsiz ABŞ-dır.
Türkiyə ilə İsrail
münasibətlərinin korlanması qardaş ölkənin nüfuzunu artırsada, ABŞ-la
əlaqlərin yaxşılaşdırılması Türkiyənin ABŞ-ın şərq siyasətindəki toruna
düşdüyünü göstərir.
Türkiyənin ABŞ toruna düşdüyünü hiss
etdirməmək üçün, 2050- ci ildə Türkiyənin dünyanın ən güclü dövlət
olacağını ortaya atdılar. Yəhudi professor David Passiq 2050- ci ildə
Türkiyənin ABŞ-dandada güclü dövlət olacağını iddi edib. Allahda bilir
ki, bunun olmasını istəyənlərdən biridə mənəm. Amma professor David
Passiq enerrji təminatını xaricdən təmin edən, silah idxal edən
Türkiyənin necə super güc olacağını öz kitabında iqtisadi cəhətdən
göstərə bilməsədə, Şərqdə bir çox ölkənin taleyinin Türkiyəyə bağlı
olduğunu qeyd edib. Öz kitabında bir çox boşluqların olması Türkiyədə
bəzi yazarlara “Yoxsa bu kitabı Mossadmı yazdırdı?” sualını verməyə
vadar etdi.
Türkiyə hakimiyyəti ABŞ-ın qurduğu tordan tez
qurtulmasa, digər böyük müsəlman dövləti olan İran ilə münasibətləri
korlanacaq. Çünki, İran ABŞ-ın beynəlxalq aləmdəki siyasətini pisləyir.
Türkiyə isə tam əksinə, Avro RHM-in öz ərazisində yerləşdirilməsi üçün
razılıq verib. Halbuki, NATO-nun bu RHM Türkiyə ərazisində
yerləşdirilməsi İranın narazılığına səbə olmuşdur. Bu addım istənilən
halda regionda İsrailin xeyrinə olan bir addımdır deyən İran, Türkiyənin
ikiüzlü siyasət yürütdüyünüdə bildirmişdir.
Bu qədər sürətlə
inkişaf edən Türkiyə, sürətli inkişafının davam etməsini istəyirsə
İsrail və ABŞ-la siyasətini yenidən nəzərdən keçirmək
məcburiyyətindədir. Çünki, istənilən halda Türkiyə ilə ABŞ arasında
yarana biləcək hər hansı bir soyuqluq Türkiyənin parçalanmasına gətirib
çıxarda bilər. Türkiyə ayıq olmalı və müsəlman dövlətləri ilə
əlaqələrini dahada möhkəmlətməli, hər hansı bir ixtilafın olmaması üçün
səylə çalışmalıdır. ABŞ-ın istəklərinə boyun əyməməlidir.
Yazarlar ve makalelerin
Yayınlanan haberlerin yorumları sadece yorum sahibini bağlar. Bu konuda
rast haber merkezi'nin hiçbir sorumluluğu yoktur
rasthaber.com’da yayınlanan harici linkler ayrı bir sayfada açilir.harici linklerin içeriğinden rasthaber.com hiçbir şekilde sorumlu değildir
rasthaber.com’da yayınlanan yazı ve yorumlardan yazarları sorumludur.