"İqtidar başa düşməlidirki, bizi həbs edə bilər, öldürə bilər, sürgün
edə bilər amma zəlil edə bilməz"Azadxeber.az saytının verdiyi məlumata
görə, may ayının 6-sı Təhsil Nazirliyinin qarşısında "Hicaba Azadlıq!"
aksiyasında həbs edilən hicab məhbusu, ilahiyyatçı, Höccətul-İslam Hacı
Tale Bağırovdan yeni məktub əldə edilib.
Məktubda Hacı Tale
Bağırov Beynəlxalq Qüds gününə münasibət bildirərək qeyd edib ki,
dünyanın hər bir ölkəsində sionistlər islamofobiyanı genişləndirir,
islami dəyərlərin aradan getməsinə çalışır, başda Fələstin xalqı olmaqla
bütün dünya müsəlmanlarına terrorist damğası vuraraq zülm edirlər. Bü
gün hər bir kəsin borcudur ki, zülmə məruz qalan Fələstin xalqını
müdafiə etsin.Məktubun mətnini təqdim edirik: "Bağışlayan və Mehriban
olan Allahın adı ilə. Salam olsun Allah ayələrini müdafiə edən müsəlman
bacı və qardaşlarıma! İlahi qanunvericilik sistemi bəşəriyyətin əbədi
səadətə çatmağında əsas rol oynayır. Bu qanunları müdafiə etmək bütün
insanların vəzifə borcudur. Tarix boyu şeytan xislətli insanlar İlahi
prinsiplərə qarşı mübarizə aparmış və bütün qüvvələrini bu yolda
səfərvər etmişlər. Sözün həqiqi mənasında belə xislətli insanlar
bəşəriyyətin açıq-aşkar düşmənləridirlər. Amma buna baxmayaraq həqiqət
carçıları həmişə İlahi prinsiplərin müdafiəsi uğrunda öz sinələrini
sipər etmiş və bu yolda hətta canlarını belə fəda etmişlər. Çox təəsüflə
qeyd etmək lazımdır ki, bu cür şeytan xislətli insanlar doğma vətənimiz
Azərbaycanda da öz fəaliyyətlərindən əl çəkmirlər. Onlar açıq-aşkar
İlahi prinsiplərə qarşı mübarizə aparır, cəmiyyətdə ictimai fəsada köklü
şəkildə rəvac verirlər. Haqiqətən onlar Azərbaycan xalqının xain
düşmənləridirlər. Müsəlman xalqımız gec-tez bu xəyanətin qarşısını
alacaq. Orta təhsil ocaqlarında hicaba qarşı qoyulmuş qadağa bu xəyanətə
bir sübutdur. Azərbaycanda təhsil sistemini bərbad hala qoymaqlarına
baxmayaraq utanmazcasına çirkin əllərini İlahi qanun olan hicaba
uzadırlar. Şübhəsiz ki, hicaba qarşı uzanan çirkin əllər tezliklə
xalqımız tərəfindən kəsiləcək. İlahi prinsipləri müdafiə edən xalqımız
heç vaxt hicaba qoyulmuş qadağa ilə barışmayacaq. İlahi qanun olan
hicabı son damla qanımıza qədər müdafiə edəcəyik. Bizi zindanla qorxuda
bilməzlər. İqtidar başa düşməlidirki, bizi həbs edə bilər, öldürə bilər,
sürgün edə bilər amma zəlil edə bilməz. Zidanda qaldıqca Allaha olan
imanımız daha da artır. Biz Allah yolunda olan zindanı nemət hesab
edirik. Allah Təala Qurani-Kərimin Ali İmran surəsinin 173-cü ayəsində
buyurur: "Həmin o kəslər ki, camaat onlara "camaat sizinlə vuruşmaq üçün
toplaşıb, onlardan qorxun” dedi. Amma bu xəbər onların imanını artırdı
və dedilər: Bizə Allah kifayətdir və O, gözəl vəkildir".
Bu ayə
inanclı insanların xüsusiyyətlərini bəyan edir. Yəni inanclı insanlara
“qorxun sizi tutarlar, işgəncə verərlər, öldürərlər” deyildikdə onlar bu
sözlərdən nəyinki qorxarlar, əksinə onların Allaha olan inancları daha
da artar. Uca Rəbbimiz hicabı müdafiə edən bacı və qardaşlarımızı
müvəffəq etsin. Amin!Tale Bağırov Kürdəxanı istintaq təcridxanası"
Yazarlar ve makalelerin
Yayınlanan haberlerin yorumları sadece yorum sahibini bağlar. Bu konuda
rast haber merkezi'nin hiçbir sorumluluğu yoktur
rasthaber.com’da yayınlanan harici linkler ayrı bir sayfada açilir.harici linklerin içeriğinden rasthaber.com hiçbir şekilde sorumlu değildir
rasthaber.com’da yayınlanan yazı ve yorumlardan yazarları sorumludur.